Azərbaycanda 55 zəlzələ qeydə alınıb - FOTO

Azərbaycanda 55 zəlzələ qeydə alınıb - FOTO

Hazırda oxunan: Azərbaycanda 55 zəlzələ qeydə alınıb - FOTO

226251

Bu il 12 min 875 yeraltı təkan qeydə alınıb. Onlardan 5 min 519-u yerli, 4 min 246-sı regional, 3 min 110-u uzaq zəlzələlərdir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli AMEA-nın Yer Elmləri Bölməsi və RSXM-in birgə iclasında məlumat verib.

Baş direktorun sözlərinə görə, bununla yanaşı, 1729 yeraltı partlayış müşahidə olunub.


“İl ərzində Azərbaycan ərazisində maqnitudası 3-dən böyük olan 55 zəlzələ, Azərbaycan və ona bitişik ərazilərdə 15 hiss olunan zəlzələ qeydə alınıb. 2024-cü ildə hesabat gününə qədər Azərbaycan ərazisində maqnitudası 5-dən böyük olan 3 zəlzələ baş verib. Həmin zəlzələlərdən ən güclüsü Lənkəran rayonunda qeydə alınıb və zəlzələnin maqnitudası 5,3 olub.

2024-cü il ərzində Talış zonası, Şamaxı-İsmayıllı, Şirvan ərazisi, Quba- usar zonası, Kiçik Qafqaz və Kür ovalığı, Balakən-Gürcüstan, Xəzərin cənub hissəsi yüksək seysmikliklə səciyyələnib. Gürcüstan, Gürcüstan-Ermənistan, İran ərazilərində yüksək seysmiklik müşahidə olunub”, - deyə Q.Yetirmişli əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO