Erməni deputat Göyçə mahalında qeydə alınan atəş faktını təsdiqlədi: “Vəziyyət nəzarətdən çıxıb”

Erməni deputat Göyçə mahalında qeydə alınan atəş faktını təsdiqlədi: “Vəziyyət nəzarətdən çıxıb”

Hazırda oxunan: Erməni deputat Göyçə mahalında qeydə alınan atəş faktını təsdiqlədi: “Vəziyyət nəzarətdən çıxıb”

22583

Ermənistanın Göyçə mahalında (Geqarkunik vilayəti) atəş səslərinin eşidildiyi, vəziyyətin nəzarətdən çıxdığı barədə məlumatlar var.

Bizim.Media xəbər verir ki, bunu deputat Naira Zohrabyan mayın 27-də parlamentdə jurnalistlərə verdiyi müsahibəsində deyib.

O, hesab edir ki, azərbaycanlılar artıq bir neçə həftədir ki, Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazidədirlər.

Deputat qeyd edib ki, Ermənistan Müdafiə naziri vəzifəsini icra edən şəxs bu hadisələrin fonunda bir neçə gün əvvəl bəyan edib ki, sərhəddə heç nə baş verməyib, ölən və əsir düşən yoxdur: 

“Gördüyümüz kimi, biri, ikisi, üçü var".

Onun sözlərinə görə, hazırda parlamentin növbədənkənar iclasını çağırmaq üçün imza toplama işləri aparılır və təşəbbüsə "Parlaq Ermənistan" fraksiyasının deputatları ilə yanaşı müstəqil deputatlar da qoşulub.

“Ermənistanın Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyanın bu görüşə gəlməsini istəmirəm, çünki o, yenə də nəsə danışacaq və bu problemi xatırlamayacaq. Ölkənin hərbi rəhbərliyindən açıqlamalar almaq istəyirəm”, deyə o, əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO