“Ölkə iqtisadiyyatı 2 böyük şokla qarşılaşıb. Bunlardan biri pandemiya, ikincisi isə dünya bazarlarında xam neftə tələbatın azalmasıdır”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.
Nazirin sözlərinə görə, bu amillər iqtisadiyyata mənfi təsir göstərib:
“Dövlət büdcəsinin xərc strukturunda əhəmiyyətli dəyişiklik edilib. İqtisadi baxımdan ötən il bütün dünya ölkələri üçün ağır il kimi qalacaq. Dünya üzrə qlobal iqtisadi artım göstəricisi 3,3 faiz bənd azalıb. Ortalama bu göstəricinin bir qədər yuxarı olması Cənub-Şərqi Asiya dövlətlərində iqtisadi tənəzzül tempinin aşağı olması ilə bağlıdır”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:32 / 27.05.2021
“Azərbaycan iqtisadiyyatı 2 böyük şokla qarşılaşıb” - Samir Şərifov
Hazırda oxunan: “Azərbaycan iqtisadiyyatı 2 böyük şokla qarşılaşıb” - Samir Şərifov
Hazırda oxunan: “Azərbaycan iqtisadiyyatı 2 böyük şokla qarşılaşıb” - Samir Şərifov
22570
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.