Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov İstanbulun Sabiha Gökçen Hava Limanında problemlə üzləşib.
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli FİDE ustası Selim Gürcan “Satranc Okulu” kanalında deyib.
Onun sözlərinə görə, Ş.Məmmədyarov bir neçə gün əvvəl Londonda iştirak etdiyi turnirdən qayıdarkən sözügedən hava limanında gömrük işçiləri tərəfindən şübhəli bilinərək saxlanılıb.
Onu qaçaqmalçılıqda ittiham ediblər.
Bildirilib ki, qrossmeysterin əlindəki şahmat alınıb və firuqların hər birinin içinə baxış keçirilib.
Ş.Məmmədyarov Azərbaycan şahmatçısı olduğunu bildirib. Gömrük işçiləri internetdə onunla bağlı məlumatları oxuduqdan sonra üzr istəyərək keçməsinə icazə veriblər.
Bizim.Media