Türkiyənin Suriyadakı səfirliyi 12 il sonra yenidən AÇILDI - FOTO/VİDEO

Türkiyənin Suriyadakı səfirliyi 12 il sonra yenidən AÇILDI - FOTO/VİDEO

Hazırda oxunan: Türkiyənin Suriyadakı səfirliyi 12 il sonra yenidən AÇILDI - FOTO/VİDEO

225270

Türkiyənin Suriyadakı səfirliyi bu gün fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, artıq səfirlik binası qarşısında Türkiyənin bayrağı qaldırılıb.

Ölkənin Mavritaniyadakı səfir Burhan Koroğlunu Suriyada müvəqqəti işlər vəkili təyin edib.

Qeyd edək ki, diplomatik nümayəndəliklərin cəmləşdiyi Ravda meydanının yanında yerləşən Türkiyənin Dəməşqdəki (Suriya) səfirliyi 2012-ci il martın 26-da fəaliyyətini dayandırıb.

Bu qərarla əlaqədar səfirlik əməkdaşları ailələri ilə birlikdə Türkiyəyə qayıdıblar. Suriyanın İstanbuldakı Baş Konsulluğu isə bu illər ərzində fəaliyyətini davam etdirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO