Prezident İlham Əliyevin Şəhidlər Xiyabanından Xalqa müraciəti - CANLI

Prezident İlham Əliyevin Şəhidlər Xiyabanından Xalqa müraciəti - CANLI

Hazırda oxunan: Prezident İlham Əliyevin Şəhidlər Xiyabanından Xalqa müraciəti - CANLI

2249

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət edib.

Azərbaycanın dövlət himni səsləndirilib

Dövlətimizin başçısı və xanımı Şəhidlər xiyabanında dövlətimizin azadlığı uğurunda canından keçən oğul və qızlarımızı yad ediblər. Məzarları üzərinə gül dəstələri düzüblər


Prezident İlham Əliyev əbədi məşəl kompleksinin önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirildi

***

 

Şəhidlər xiyabanında prezident İlham Əliyev Azərbaycan xalqına müraciət etdi.

Şuşa şəhəri işğaldan azad edildi !

Şuşa bizimdir ! Qarabağ bizimdir !

Bütün Azərbaycan xalqını, bütün Şuşalıları ürəkdən təbrik edirəm !


***

Biz tarixi qələbəni döyüş meydanında qazanmışıq !

8 noyabr bizim şanlı qələbəmizin, zəfərimizin günüdür !

Bütün bəyənatlara rəğmən, bu münaqişənin hərbi həlli yolları da var. Bu gün döyüş meydanında biz bunu sübut edirik.

30 ilə yaxın əzəli tarixi torpaqlarımız işğal altına qalıb. Ermənistan tərəfi sadəcə vaxt qazanmaq istəyirdi.

Azərbaycana güc mərkəzlərindən göndərilən siqnallar bizi vəziyyətlə barışmağa sövq edirdi.

Biz Azərbaycan xalqının maraqlarına zidd olan heç bir razılaşmaya getmədik .

Danışıqlar heç bir nəticə vermədi. Sadəcə olaraq bizim başımızı aldadırdılar.

Biz şəhidlər verərək bu qələbəni qazandır. Allah bütün şəhidlərimizə rəhmət eləsin !

Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün soydaşlarımıza rəhmət diləyirəm.

Biz xalqımızın, əsgər və zabitlərimizin canı qanı bahasına torpaqlarımızı azad edirik

Şuşanın Azərbaycan tarixində xüsusi yeri var. 

Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. 

Biz indi Şuşaya qayıtmışıq, bütün tarixi abidələrimizi bərpa edəcəyik.

***

28 ildən sonra Şuşada azan səsi eşidiləcək.

2016-cı ilin aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində mənim göstərişimlə tikilmiş məscidin açılışında demişdim. Bu məscid Şuşadakı məscidin bənzəridir.

Bu gün Azərbaycan xalqı Şuşada dalğalanır. 

Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq güc toplayırdıq. İqtisadi güc. Əgər iqtisadi güc olmasaydı, bu qələbə təmin edilə bilməzdi.

Bu gün Azərbaycan heç kəsdən asılı deyil

***


Biz ordumuz üçün lazım olan bütün texnikanı xarici bazarlardan alırıq. Əgər iqtisadi imkanlarımız olmasa, bunu necə əldə edə bilərdik?

Biz unikal inkişaf modeli yaratdıq.

Vahid amal uğrunda bizim birləşməyimiz bizə əlavə güc verdi.

Imkan vermədik ki, xarici qüvvələr öz çirkin planlarını Azərbaycana icra etsinlər.

Biz öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışa bilməz.

Qələbəmizin əsas amili beynəlxalq səviyyədəki uğurlarımızdır. 

***


Biz bütün dünyaya sübut etdik ki, Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır.

Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır.

Bütün dünya təşkilatları, bütün beynəlxalq təşkilatlar münaqişə ilə bağlı ədalətli qətnamələr qərarlar qəbul edib.

Əgər biz bunu etməsəydik, bu gün münaqişə ətrafında cərəyan edən hadisələr bizə problem yarada bilərdi.

Bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edir.

Biz bütün qonşu ölkələrlə səmimi dostluq əsasında münasibətlər qura bildik.

***

Bu gün Ermənistanı biz təcrid edilmiş vəziyyətə saldıq.

Biz regionun enerji, nəqliyyat xəritəsini yenidən təmin etdik.

Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatlarımız vardır.

Əgər bu nailiyyətlər olmasaydı problem dondurulmuş vəziyyətdə qala bilərdi.

İlk növbədə ordu quruculuğu. Bu 17 il ərzində mənim əsas işim ordu quruculuğuna həsr olunmuşdu.

Silahları almaq üçün təkcə maddi vəsait bəs etmir, eyni zamanda diplomatik səylər də göstərilməlidir.

Mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənyesi yaradıldı.

Azərbaycanda mindən çox adda hərbi təyinatdakı məhsul istehsal edilir.

***

Biz demək olar ki, bütün hərbi şəhərciklərimizi, bazalarımızı yenidən qurduq.


İlk növbədə döyüş qabiliyyəti artdı. Dəfələrlə Azadlıq meydanında keçirilmiş hərbi paradlar bizim gücümüzü göstərdi.

Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik.

Düşməni qovan da əsgərdir, məhv edən də əsgərdir. Eşq olsun Azərbaycan əsgərinə !

Bizim bütün dövrlərdəki siaysətimiz birmənalı olub. Demişik ki, əgər məsələ sülh yolu ilə həll olunmasa hərbi yolla alacağıq.

Bəs bizim torpaqlarımız hərbi yolla zəbt edilməyibmi?

***

Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var. Hələ də döyüşlər gedir.

Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sonuna qədər gedəcəyik.

Ermənistan rəhbərliyi xalqını təhqir edə edə dünya ölkələrindən yardım istəyir.

Bəs hanı sənin yenilməz ordun? Məhv eləmişik

Onların bütün bəyanatları mif idi. Yenilməz ordu Azərbaycan ordusudur !

30 il ərzində milyardlarla pul xərclənib ora. Hamısını vurub dağıtmışıq. Mənəvi güc, ruh, birlik hesabına.

Bizim zəfər yürüşümüz davam edir. Bütün işğal altındakı ərazilərdən düşmən çıxarılmalıdır.

***

Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu gün bəyan edirəm ki, şəhdlərimizin qanı yerdə qalmayıb.


İntiqamımızı döyüş meydanında aldıq.

Biz azərbaycanlıyıq. Biz intiqamımızı döyüş meydanında alırıq. Düşməni qovuruq və qovacağıq.

Mən bu gün eyni zamanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim.

Ürəyimdə dedim ki, ata vəsiətini yerinə yetirdim
.

Gözün aydın olsun Azərbaycan !

***

Gözün aydın olsun dünya Azərbaycanalıları !
 

Bu gün biz bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz döyüş meydanında düşmənə yerini göstəririk.

Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik. Eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Gələcəkdə də belə olacaq.

Mən həmişə Azərbaycan xalqını əmin edirdim ki, doğma vətənimə laiqincə xidmət edəcəm.

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda, bəlkə də, ən xoşbəxt günlərdən biridir.

Əziz Şuşa, sən azadsan,

Əziz Şuşa, biz qayıtmışıq,

Əziz Şuşa, biz səni dirçəldəcəyik.

Şuşa bizimdir. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır !

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO