BMT Azərbaycana yeni rezident əlaqələndirici təyin etdi - FOTO

BMT Azərbaycana yeni rezident əlaqələndirici təyin etdi - FOTO

Hazırda oxunan: BMT Azərbaycana yeni rezident əlaqələndirici təyin etdi - FOTO

22466

BMT-nin Azərbaycanda yeni rezident əlaqələndiricisi təyin edilib.

Bizim.Media xəbər verir ki, bu vəzifəyə şimali makedoniyalı Vladanka Andreyeva gətirilib.

O, ixtisasca həkimdir. V.Andreyeva 2017-ci ildən Kambocada Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə Proqramının (UNAIDS) ölkə direktoru vəzifəsində çalışıb. Həmçinin UNDP (BMT İnkişaf Proqramı) və BMT-nin başqa qurumlarında işləyib.

Diplomat ingilis, serb, rus dillərini bilir.

Qeyd edək ki, hazırda BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İsaqzaidir. O, 2016-cı ilin aprelindən bu vəzifədə işləyir. Onun səlahiyət müddəti bu ilin iyununda başa çatır. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO