Dövlət Gömrük Komitəsi (DGK) sədrinin sabiq müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevə və Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş Əməliyyat İdarəsinin rəisi, general-mayor Qüdrət Abdullayevə ağır itki üz verib.
Bizim.Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, onların atası Həsən Abdullayev vəfat edib.
H.Abdullayevin uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilir.
Xatırladaq ki, Ə.Abdullayev 1996–2006-cı illərdə DGK-də idarə rəisi və Baş Gömrük İdarəsinin rəisi, 2006-2022-ci illərdə isə DGK sədrinin müavini vəzifələrində işləyib. Q.Abdullayev də daha əvvəl DGK-də Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışıb. O, hazırda FHN-in Baş Əməliyyat İdarəsinin rəisi vəzifəsində çalışır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:07 / 10.12.2024
Azərbaycanda iki generalın atası dünyasını dəyişdi
Hazırda oxunan: Azərbaycanda iki generalın atası dünyasını dəyişdi
Hazırda oxunan: Azərbaycanda iki generalın atası dünyasını dəyişdi
224539
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.