"100 illiyə 10 film" layihəsi Real tv-də yayımlanacaq – VİDEO

"100 illiyə 10 film" layihəsi Real tv-də yayımlanacaq – VİDEO

Hazırda oxunan: "100 illiyə 10 film" layihəsi Real tv-də yayımlanacaq – VİDEO

224417

Naxçıvan televiziyasının hazırladığı "100 illiyə 10 film" layihəsi Ulu Öndərin anım günü ərəfəsində Real tv-də yayımlanacaq.

Bizim.Media “Nuhcixan.az”a istinadən xəbər verir ki, layihəyə 10 film daxildir.

Filmlərdə müstəqil, qüdrətli, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin Naxçıvana gəlişi, 1990-1993-cü illərdə buradakı siyasi və dövlətçilik fəaliyyəti, gördüyü əhəmiyyətli işlər işıqlandırılıb.

Ağır blokada şəraitində olan Naxçıvan əhalisi ilə birgə baş verənlərə sinə gərən Ulu Öndərin əhalini qorumaq üçün göstərdiyi fədakarlıqlar filmlərdə geniş əksini tapıb.
 

Layihənin diqqəti cəlb edən cəhəti Naxçıvan televiziyasının arxivində qorunan və indiyədək heç bir telekanalda yayımlanmayan orijinal videokadrlardan geniş istifadə edilməsidir.

 
Qeyd edək ki, layihənin və filmlərin müəllifi Sahil Tahirli, məsləhətçisi Anar Tahirov, redaktoru İlkin Razyev,  rejissoru Fərhad Zamanbəyovdur. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO