Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 122-ci kilometrliyində, Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində iki minik avtomobili toqquşub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisəyə səbəb sürücülərdən birinin sürət həddini aşması və qarşı yola çıxması göstərilir.
Belə ki, rayon sakini, 24 yaşlı Emil Qurbanovun idarə etdiyi “VAZ-2115” markalı minik avtomobili ilə 29 yaşlı Elvin Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı maşın toqquşub.
Bu zaman Elvin Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb edilən Təcili Tibbi yardım briqadasının köməyi ilə o, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda yaralıya ilkin tibbi yardım göstərilir, müalicəsi aparılır. Baş vermiş qəza ilə bağlı müvafiq orqan tərəfindən araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
10:51 / 09.12.2024
Zaqatalada ağır QƏZA: Xəsarət alan var – FOTO
Hazırda oxunan: Zaqatalada ağır QƏZA: Xəsarət alan var – FOTO
Hazırda oxunan: Zaqatalada ağır QƏZA: Xəsarət alan var – FOTO
224374
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.