Mitinq etmək üçün də COVİD pasportu lazımdır - Sərdar Cəlaloğludan AÇIQLAMA

Mitinq etmək üçün də COVİD pasportu lazımdır - Sərdar Cəlaloğludan AÇIQLAMA

Hazırda oxunan: Mitinq etmək üçün də COVİD pasportu lazımdır - Sərdar Cəlaloğludan AÇIQLAMA

22436

Operativ Qərargahın son brifinqində qəbul edilən qərarlarlar və anonsu verilən gözləntilər birmənalı qarşılanmayıb. Bəzi partiya liderləri COVİD pasportunu “ağ adam, qara adama bölgüsü” adlandırıb. 

Əsas narazılıq gələcəkdə peyvənd olunmayan insanların çimərlik, mall, idman zalları, teatr və s. ictimai yerlərə giriş qadağası ilə bağlıdır. Yəni, belə bir məhdudiyyət, şəxsiyyət vəsiqəsi, xarici pasportdan başqa daha bir COVİD pasportunun həyatımıza girməsi qeyri-adi görünüb. 
 

MÖVZU İLƏ BAĞLI:

Sərdar Cəlaloğlu: “İslahatlar davam edəcək, 5-10 məmurun həbsi ilə bitən iş deyil” - MÜSAHİBƏ


Bəs “vaksin kağızı” müəyyən aksiyalar üçün də tələb olunarsa, partiya liderlərinin buna reaksiyası necə olacaq?

“Qəbul edilən bütün qərarlara hər bir vətəndaşın əməl etməsi vacibdir. Əgər belə bir məhdudiyyət ancaq Azərbaycanda həyata keçirilərsə, onda biz bunun siyasi məqsədlə bağlı olduğunu deyə bilərik. Amma bütün dünyada Azərbaycandan daha sərt tədbirlər keçirilir”.

Bu sözləri Bizim.Media ilə mövzunun müzakirəsi zamanı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirdi. Partiya sədri cavabının davamında qeyd etdi ki, “Türkiyədə küçəyə çıxmaq qadağası tətbiq olunurdu, Çində evlərin qapılarına qaynaq edib insanları 20 gün ərzində hətta yemək-içmək vermədən mənzillərinə həbs eləmişdilər ki, ölən ölsün, qalan qalsın.

Çoxluğun təhlükəsizliyini təmin etmək üçün ayrı-ayrı hüquqların məhdudlaşdırılması həm bizim konstitusiyada nəzərdə tutulub, həm də beynəlxalq hüquqda var. Bu baxımdan, əgər operativ qərargah hesab edirsə ki, kütləvi yerlərdə toplaşmaq ciddi təsir yaradır, hamı məhdudiyyətlərə əməl etməlidir. 

Mən özüm koronavirus xəstəliyinə tutuldum, qaynım rəhmətə getdi. Bir başqa dostumun da həyat yoldaşı koronavirusdan ölüb. Şəxsən özüm də şahid oldum ki, yaxınlarımız arasında koronavirusdan çoxlu adam itirdik. 

Yəni, bu qədər ciddi bir xəstəliyə qeyri-ciddi yanaşmaq millətə, dövlətə xəyanətdir. Hesab edirəm ki, heç bir səbəb milli təhlükəsizliyimizi qorumağımıza əngəl ola bilməz.

Ona görə də koronavirusun real təhlükə olduğu bir dövrdə mitinqləri təşkil etməyin özü elə xalqa qarşı təxribatdır.
 

O ki qaldı siz dediyiniz pasportlaşma məsələsinə, tamamilə düzgün bir şeydir. Kimlər ki, təhlükə törətmir, yoluxma və yoluxdurma təhlükəsi yoxdursa, həmin adamların bir yerə toplaşmağında qəbahət də yoxdur.


​​​​​​​Hökumət bununla bağlı qərar qəbul edib. Yəni, pasportu olan adamlar toy da edə bilər, yasa da gedə bilər. Başqa işlər də görə bilərlər. 

Əgər hər şey xalqın təhlükəsizliyi, dövlətin möhkəmliyi üçündürsə, hamımız buna dəstək verməliyik”

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO