Trampdan şok AÇIQLAMA: ABŞ NATO-dan çıxacaq?

Trampdan şok AÇIQLAMA: ABŞ NATO-dan çıxacaq?

Hazırda oxunan: Trampdan şok AÇIQLAMA: ABŞ NATO-dan çıxacaq?

224340

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp ölkənin Şimali Atlantika Alyansından (NATO) çıxma ehtimalını istisna etməyib.

Bizim.Media xəbər verir ki, o, bu barədə "NBC News" telekanalına açıqlamasında bildirib.

"Əgər onlar öhdəliklərini yerinə yetirsələr, təbii ki", - deyə Tramp ABŞ-ın NATO-da üzvlüyünü saxlamaqla bağlı suala cavab verib.
 

O vurğulayıb ki, müttəfiqlərin maliyyə öhdəliklərini yerinə yetirməsi Vaşinqtonun alyansda davamlı iştirakının əsas şərti olacaq.


Xatırladaq ki, Tramp dəfələrlə NATO-nun fəaliyyətindən narazılığını bildirib. Seçkidə qalib gələcəyi təqdirdə, o, ABŞ-ni Şimali Atlantika Alyansının avropalı tərəfdaşları öz təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyəti daşımasalar, onun tərkibindən çıxacağı ilə hədələyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO