Nazir: İtaliyanın Suriyadakı səfirliyinə silahlı şəxslər daxil olub

Nazir: İtaliyanın Suriyadakı səfirliyinə silahlı şəxslər daxil olub

Hazırda oxunan: Nazir: İtaliyanın Suriyadakı səfirliyinə silahlı şəxslər daxil olub

224323

Suriyalı üsyançı qruplar İtaliyanın Suriyadakı səfirliyinə daxil olublar.

Bizim.Media xəbər verir ki, bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.

“Suriya üsyançıları rejim adamlarını axtarmaq üçün İtaliya səfirinin iqamətgahının həyətinə daxil olublar. Hadisə nəticəsində səfir və qərargahın mühafizə işçiləri xəsarət almayıb. Üsyançılar 3 avtomobili özləri ilə aparıblar”, - deyə nazir qeyd edib.
 

Antonio Tayani İtaliya Baş naziri və müdafiə naziri ilə daim əlaqə saxladığını bildirib.


İtaliyanın müdafiə naziri Quido Krosetto italyan personalın təhlükəsizliyini və onların mümkün surətdə çıxarılmasını təmin etmək üçün bütün variantları nəzərdən keçirdiklərini deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO