E-TƏBİB vasitəsilə COVİD-19 pasportunu necə almaq lazımdır? - QAYDALAR - VİDEO

E-TƏBİB vasitəsilə COVİD-19 pasportunu necə almaq lazımdır? - QAYDALAR - VİDEO

Hazırda oxunan: E-TƏBİB vasitəsilə COVİD-19 pasportunu necə almaq lazımdır? - QAYDALAR - VİDEO

22427

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi COVID-19 pasportunun əldə edilməsi ilə bağlı proseduru açıqlayıb. 

Bizim.Media xəbər verir ki, COVID-19 pasportunun iki növü var:  

“COVID-19 vaksin sertifikatı” və “COVID-19 immunitet sertifikatı. 

Sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində E-xidmətlər bölməsinin “Şəxsi Kabinetə giriş” (//kabinet.its.gov.az/az/index) altbölməsi seçilməlidir. Bu bölmə “MyGov” portalına da inteqrasiya edilib.

Burada “ASAN Login” sisteminə istifadəçi FİN-i, “Asan İmza”, Elektron imza və ya BSXM (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə qeydiyyatdan keçmək lazımdır. Sonra “Digər xidmətlər” bölməsi seçilməlidir.

“Digər xidmətlər” bölməsi seçildikdə ekranda “COVID-19 vaksin sertifikatı”  və ya “COVID-19 immunitet sertifikatı” seçimləri əks olunur.

Əgər vətəndaş vaksin olunubsa “COVID-19 vaksin sertifikatı” seçimini etməlidir.

Xəstəliyə yoluxub sağalmış şəxs isə “COVID-19 immunitet sertifikatı” seçimini etməlidir.

Bu zaman təqdim olunan COVID-19 pasportunu elektron formatda yükləmək, eləcə də çap versiyada əldə etmək olar. 

Qeyd edək ki, COVID-19 pasportunun doğruluğunun sənəddə əks olunan “QR Code” vasitəsi ilə yoxlanılması da mümkündür.

Vətəndaşlar COVID-19 pasportunu “E-Təbib” mobil tətbiqi vasitəsi ilə də əldə edə bilərlər.

Bunun üçün E-TƏBİB mobil tətbiqini telefonunuza yükləyirsiniz. Sonra “Digər” bölməsinə daxil olaraq, “Covid-19 vaksin” setifikatı bölməsini seçirsiniz. Beləliklə, sənədin yüklənməsi prosesinə başlanılır.

Bizim.Media həmin izahlı videonu təqdim edir:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO