İsrail polisi iki gün öncə xəbər verib ki, Colan təpələrindəki Məsədə kəndində ata və oğul İrana casusluqda ittiham olunublar.
Bizim.Media xəbər verir ki, İsrailin Kəşfiyyat və Daxili Təhlükəsizlik Təşkilatı (Şinbet) və İsrail polisi 21 yaşlı Təhrir Səfədi və 43 yaşlı Bassam Səfədini hazırkı gərgin vəziyyətdə Tehrana casusluq etməkdə şübhəli bilinərək saxlayıb.
Bildirilib ki, SEPAH-ın Qüds qanadanın qüvvələri bu iki şəxsdən israil ordusunun Colan təpələri bölgəsindəki fəaliyyəti haqqında məlumat toplamaq üçün istifadə edib.
Qeyd olunub ki, 21 yaşlı Təhrir proqram təminatı üzrə universitet tələbəsidir və atasının adından məlumat toplayırmış.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:00 / 08.12.2024
İsraildə İrana casusluq edən ata və oğlu həbs edildi
Hazırda oxunan: İsraildə İrana casusluq edən ata və oğlu həbs edildi
Hazırda oxunan: İsraildə İrana casusluq edən ata və oğlu həbs edildi
224237
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.