Xəbər verdiyimiz kimi, dekabrın 4-də "Bakı metrosunda "yaşıl xətt" üzrə "Əhmədli-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "28 may" stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.
Bu da sərnişin sıxlığına, intervalın artmasına səbəb olub.
"Bakı Metropoliteni" QSC-də yaşanan nasazlıqla bağlı bu gün xüsusi araşdırma iclası keçirilib.
Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, "Bakı Metropoliteni" tərəfindən dünənki hadisədən sonra ilkin qəbul olunmuş qərara əsasən, hadisənin baş verməsindən 1 saat sonra N Nərimanov Elektrik Deposundakı qatarlara baxış keçirilib, hər hansı bir problem müşahidə olunmayıb.
İkinci olaraq isə bütün maşinist heyətinə əlavə təlimatlar keçirilib.
"Belə hallarda ən vacibi odur ki, sərnişin və hərəkət təhlükəsizliyinə ziddiyət təşkil edən hal yoxdur. Problemin kökü sərnişin sıxlığının olduğu bir vaxtda "28 May" stansiyasında qatardan sərnişinlərin düşürülməsi olub.
Bəxtiyar Məmmədov problemin əsas mahiyyətini belə izah edib:
"Problem budur ki, "Yaşıl" və "Qırmızı" xəttimiz "28 May" stansiyasında birləşir və "Həzi Aslanov" istiqamətində bir xəttli hərəkət təşkil olunur. Yəni, qatarda nasazlıq müəyyən olunanda onun xəttən çıxarılması yalnız N.Nərimanovdakı depodan aparılır. Amma "Yaşıl Xətt"in öz deposu olsaydı, həmin istiqamətdə ehtiyat qatarı verilməklə Dərnəgül-Əhmədli istiqamətində sərnişinlərin daşınması normal qaydada təmin oluna bilərdi".
Müsahibimiz onu da bildirib ki, Bakı şəhərinin təsdiq olunmuş Baş Planında xətlərin ayrılması göstərilib.
Nəzrin Mirzəyeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:11 / 05.12.2024
Bakı metrosundakı nasazlığın SƏBƏBİ açıqlandı – Xüsusi iclasın nəticəsi olacaqmı?
Hazırda oxunan: Bakı metrosundakı nasazlığın SƏBƏBİ açıqlandı – Xüsusi iclasın nəticəsi olacaqmı?
Hazırda oxunan: Bakı metrosundakı nasazlığın SƏBƏBİ açıqlandı – Xüsusi iclasın nəticəsi olacaqmı?
223898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.