Xəbər verdiyimiz kimi, İctimai TV-də yayımlanan “Vətəndaş A” serialının rejissoru açıqlamasında Daşkəsən rayonunda aparılan çəkilişlər zamanı istifadə etdikləri dronun Dövlət Sərhəd Xidmətinin (DSX)əməkdaşları tərəfindən vurulduğunu deyib.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən qafqazinfo.az-a bildirilib ki, “Vətəndaş A” serialının çəkilişi zamanı istifadə olunan dronun sərhədçilər tərəfindən vurulması həqiqəti əks etdirmir.
Xatırladaq ki, rejissor Elvin Rüstəmzadə dronun havaya qaldırılması üçün icazə alınmadığı səbəbindən vurulduğunu deyib.
Serialın prodüseri Sevinc Əliyeva isə dünənki açıqlamasında çəkilişlər zamanı heç bir dronun Dövlət Sərhəd Xidməti tərəfindən vurulmadığını bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:36 / 05.12.2024
DSX-dən “Vətəndaş A”nın dronu ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: DSX-dən “Vətəndaş A”nın dronu ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: DSX-dən “Vətəndaş A”nın dronu ilə bağlı RƏSMİ AÇIQLAMA
223826
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.