Fəzail Ağamalıdan Cümşüd Nuriyevə CAVAB: “Oturub bir partiyanı idarə etsin, biz də görək...”

Fəzail Ağamalıdan Cümşüd Nuriyevə CAVAB: “Oturub bir partiyanı idarə etsin, biz də görək...”

Hazırda oxunan: Fəzail Ağamalıdan Cümşüd Nuriyevə CAVAB: “Oturub bir partiyanı idarə etsin, biz də görək...”

22360

Bir müddət əvvəl politoloq Cümşüd Nuriyev, Azərbaycanda fəaliyyət göstərən partiyaları fəaliyyətsiz, rəhbərlərini isə zəif idarəçi adlandırıb. Politoloq, bu cür partiyaların bağlanmasını da təklif edib.

Bizim.Media açıqlamada adı hallanan”Ana Vətən Partiyası”nın rəhbər, millət vəkili Fəzail Ağamalının fikirlərini öyrənməyə çalışıb. Deputat politoloqun sözlərini təbəssümlə qarşıladığını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Fəzail Ağamalı, Asim Mollazadə... yoxdular artıq” – Politoloqdan SƏRT İTTİHAMLAR


O, hətta C.Nuriyevi zəif saydığı partiyalardan birini idarə etməyi də təklif edib:

“Biz dövlətçiliyimizin inkişafı üçün əlimizdən gələn hər bir şeyi edirik. Fəaliyyətimiz də məhz bu amal üzərində qurulub. Əgər, Cümşüd Nuriyev düşünür ki, fəaliyyətimiz yetərli deyil və biz işimizi gücləndirməliyik, ona bir təklifim var. O, bir zəif və fəaliyyətsiz sandığı partiyanının idarəçiliyini öz üzərinə götürərək, onu inkişaf etdirsin. Biz də görək”.

Deputat politoloqun “Partiyaların çoxunu ancaq bir nəfər təmsil edir və başqa da heç kəs gözə dəymir ifadəsinə də fikir bildirib: - “İttihamlar əssasızdır. Bizim oturuşmuş, ciddi partiyamız var”, - deyə fikrini tamamlayıb. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO