İranda bu şəxslər prezident seçkilərində iştirak edəcək - SİYAHI 

İranda bu şəxslər prezident seçkilərində iştirak edəcək - SİYAHI 

Hazırda oxunan: İranda bu şəxslər prezident seçkilərində iştirak edəcək - SİYAHI 

22328

İran Daxili İşlər Nazirliyi (DİN) iyunun 18-də keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin adlarını açıqlayıb.

Bizim.Media-nın məlumatına görə, İran Konstitusiyasına Nəzarət Şurası tərəfindən səlahiyyətləri təsdiqlənmiş namizədlərin adları aşağıdakı kimidir:

1. İranın Məhkəmə Sisteminin sədri ayətullah Seyid İbrahim Rəisi;

2. SEPAH-ın sabiq komandiri Möhsin Rzayi;

3. Sabiq vitse-prezident Möhsin Mehrəlizadə;

4. Ali Təhlükəsizlik Şurasının üzvü Səid Cəlili;

5. İran Mərkəzi Bankının sədri Əbdünnasir Himməti;

6. İran parlamentinin spiker müavini Əmirhüseyn Qazizadə Haşimi;

7. Parlamentin sabiq üzvü Əlirza Zakani;

Spiker Əli Laricani, sabiq prezident Mahmud Əhmədinejad və digər bir çox tanınmış simanın səlahiyyəti təsdiqlənməyib.

Xatırladaq ki, mayın 28-də seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO