Payızda Əfqanıstanda çevriliş ola bilər – ABŞ tərk edir, yerini KİM DOLDURACAQ?  

Payızda Əfqanıstanda çevriliş ola bilər – ABŞ tərk edir, yerini KİM DOLDURACAQ?  

Hazırda oxunan: Payızda Əfqanıstanda çevriliş ola bilər – ABŞ tərk edir, yerini KİM DOLDURACAQ?  

22315

“Böyük ölkələrin son zamanlar ən çox müzakirə etdiyi mövzulardan biri Əfqanıstandır. Çünki, ABŞ və NATO qoşunları Əfqanıstanı tərk etməyə hazırlaşır. ABŞ prezidenti Co Bayden elan edib ki, bu ilin 11 sentybar tarixinə qədər ABŞ ordusu Əfqanıstandan çıxarılacaq. Bundan sonra Əfqanıstanda nələrin baş verəcəyi analiz edilir”.

Bizim.Media xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Əfqanıstandan geri çəkilməyə başladı – Kabil kimin nəzarətinə keçir?


Politoloqun sözlərinə görə Əfqanıstanın gələcəyi Azərbaycanı da maraqlandırır:

“Çünki, biz Əfqanıstanı Azərbaycana dost və qardaş dövlət sayırıq. Əfqanıstan müharibə günlərində Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verdi. Azərbaycan hərbçiləri NATO qoşunları tərkibində Əfqanıstanda xidmət keçir, bu dövlətə maliyyə yardımı edir, əfqan rəsmiləri və diplomatları Bakıda keçirilən kurslarda iştirak edirlər. Azərbaycan, Mərkəzi Asiya ölkələriylə birgə Əfqanıstanı nəqliyyat layihələrinə də cəlb etməyə çalışır”.

Elxan Şahinoğlu bildirib ki, Rusiya və Mərkəzi Asiya ölkələri də Əfqanıstandan narahatdırlar:

“Mərkəzi Asiya ölkələrindən Əfqanıstanla ən uzun sərhəddi olan ölkə Tacikistandır. Rusiyanın bu ölkədə həm hərbi bazası var, həm də də sərhədçiləri yerləşib. Rusiya prezidentinin Əfqanıstan məsələləriylə məşğul olan xüsusi nümayəndəsi var. Bunun özü o deməkdir ki, Moskva Əfqanıstanın gələcək taleyindən narahatdır.

Çünki vətəndaş qarşıdurmasının və terrorun Mərkəzi Asiyaya, oradan isə Rusiyaya inikas olunması təhlükəsi var. Ona görə də Moskva vaxt itirmədən Tacikistanın silahlı qüvvələrinin gücləndirilməsiylə bağlı xüsusi proqram hazırlayıb”. 

Çinin də Əfqanıstanla xüsusi olaraq maraqlandığını vurğulayan politoloq qeyd edib ki, Çin diplomatları da eyni ilə ABŞ və Rusiya diplomatları kimi Taliban hərəkatının təmsilçiləriylə dialoq içindədirlər: 

“Ancaq Pekinin marağı fərqlidir. Görünür, Çin ABŞ-dan sonra Əfqanıstandakı boşluğu öz xeyrinə doldurmaq istəyir. ABŞ ekspertləri şübhələnirlər ki, Çin Taliban hərəkatıyla uzun illərdir təmasdadırlar, Pekinin məqsədlərindən biri bu hərəkatın ABŞ və NATO qüvvələri qarşısında müqavimət gücünü artırmaq olub. Çin Taliban hərəkatına ABŞ hərbçilərinə etdikləri hücumların sayı müqabilində maliyyə ayırıb. Bu işin içində Rusiya da var. Beləliklə, ABŞ Əfqanıstanı tərk etməyə hazırlaşır.
 

Ona görə Rusiya və Çin Taliban hərəkatıyla əlaqələrini genişləndiriblər. Bunun özü Talibana imkan yaradır ki, sentyabrdan sonra Kabildəki rejimi rahatlıqla devirsin. Rusiya və Çin Taliban hərəkatının Əfqanıstanın tamamını nəzarətə almasının əleyhinə deyillər.


​​​​​​​Sadəcə, Moskva ilə Pekinin marağı odur ki, Taliban ətraf ölkələrə problemlər yaratmasın və ABŞ-la NATO-nun əleyhinə siyasətini davam etdirsin. Rusiya və Çin Taliban hərəkatının simasında özlərinə yeni müttəfiq qazanırlar”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO