Fidan: Putinin nüvə ritorikasına ciddi yanaşmaq lazımdır

Fidan: Putinin nüvə ritorikasına ciddi yanaşmaq lazımdır

Hazırda oxunan: Fidan: Putinin nüvə ritorikasına ciddi yanaşmaq lazımdır

223082

Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı bəyanatlarına diqqətli yanaşmağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Yeni şafak” məlumat yayıb.

"Rusiya prezidenti Vladimir Putinin nüvə ritorikasını yalnız təhdid kimi qəbul etmək çox sadəlövh yanaşma olardı. Ukraynada istifadə oluna biləcək bütün adi silahlardan istifadə edilib, amma müharibə başa çatmayıb. Burada ya sülh qalib gələcək, ya da müharibə nəzarətdən çıxacaq. Buna görə də Putinin nüvə ritorikasına ciddi yanaşmaq lazımdır," – deyə nəşrr nazirdən sitat gətirib.

Qeyd edək ki, noyabrın 28-də Rrusiya prezidenti əgər Ukrayna nüvə silahı əldə etsə, Rusiyanın bütün zərbə vasitələrini istifadə etməyə məcburqalacağını bildirmişdi.

O, həmçinin Rusiyanın Ukraynanın nüvə statusu qazanmasına imkan verməyəcəyini də qeyd etmişdi.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO