Bizi “Mata Hari” ilə “Avroviziya”da sındırdılar... Necə ki, Mata Harini alman kəşfiyyatı sındırmışdı.
Mənim fikrimcə avropalılar o qədər də peşəkar deyillər. Neyçün? Ona görə ki, bu mahnını Azərbaycan adından avropalıların menyüsünə hazırlayan elə köhnə qitənin sakinləri idi. Özü də üç nəfər! Onlar ən azı Avropanın trendlərini bilməliydilər... Bilib ediblərsə, bu mahnı bəzi keyfiyyətlərinə görə, ən azı 10-luqda qərar tutmalıydı. Tutmadı, çünki...
Dünyanın ən böyük musiqi tədbirlərindən biri hesab olunan “Avroviziya”nın sadəcə mahnı müsabiqəsi olmadığı mövzusunda bir çox insanlar həmfikirdir.
“Avroviziya” siyasi münasibətlərin yumşaq ifadə platforması olmaqla bərabər, həm də Avropanın mənəvi ekspansiya siyasətini icra edən bir mexanizimdir.
Tarixə baxsaq İlk dəfə 1956-cı ildə təşkil olunan yarışma İkinci Dünya Müharibəsindən sonra Avropa ölkələrinin bir araya toplamaq üçün uğurlu addım oldu. Yarışmada siyasi faktorlar yarandığı dövrdən özünü göstərməyə başlayıb. 1990-cı illərə qədər sosialist ölkələrinin yarışmada iştirak etməməsi bunun sübutudur. Soyuq Müharibə başa çatdıqdan sonra isə Şərq bloku ölkələrinin də müsabiqədə iştirak etməyə başlaması həm Avroviziyanın nüfuzunun, həm də izləyicilərin sayının artması ilə nəticələndi.
Avroviziyanı hər il 500-600 milyon insanın izlədiyi ehtimal olunur.
Çoxsaylı ölkələri və izləyiciləri bir araya gətirən yarışmadan bir növ siyasi mesajlaşma platforması kimi istifadə oluması təəccüblə qarşılanmamalıdır. Xüsusilə də, 21-ci əsrdə bu tendensiya daha geniş yayılıb.
Avroviziyadan siyasi təbliğat vasitəsi kimi istifadə edilməsi ilə bağlı ən məşhur nümunələrdən biri Gürcüstanın 2009-cu ildə Rusiya prezidenti Vladimir Putini məzxərəyə qoyan “We don’t wanna put in” adlı mahnı ilə təmsil olunmağa qərar verməsi idi. Lakin Avroviziya mahnının sözlərində açıq siyasi mesajlar olduğunu əsas gətirərək, sözlərin dəyişdirilməsini tələb etdi. Tələb Gürcüstan tərəfindən qəbul edilmədi və ölkə həmin il müsabiqədə iştirakdan imtina etdi.
Siyasi proseslərin təsiri 2017-ci ildə İsevçdə keçirilən müsabiqədə daha aydın nəzərə çarpdı.
Ukrayna təmsilçisi Camala Krım türklərinin deportasiyası haqqında yazılan “1944” adlı parça ilə yarışmaya qatıldı.
Qeyd edək ki, Rusiyanın Krımı ilhaq etdiyi dövrdə yazılan, Rusiyanın sələfi hesab olunan SSRİ-nin Krım tatarlarını zorla köçürmə siyasətini tənqid edən mahnının siyasi motivlərinə bu dəfə Avropa göz yumdu və güclü dəstək əldə edən çıxış qalib olmağı bacardı.
Avroviziyada siyasi faktorlar səsvermə zamanı daha çox nəzərə çarpır. Yunanıstanın heç vaxt Türkiyəyə səs verməməsi, Balkan və Skandinaviya ölkələrinin öz aralarındakı daimi dəstəyi gözdən qaçmır. Verilən səslər, sanki, ölkələrin bir-birinə olan münasibətinin göstəricisinə çevrilib. Azərbaycanın ən çox səs alıb-verdiyi ölkələrin Türkiyə, Rusiya, Moldova, İsrail, Ukrayna və Gürcüstan kimi yaxın dövlətlər olması bu fikrin əyani sübutudur.
Yarışmanın ideoloji və psixoloji önəmi də gözardı edilməməlidir.
Məsələn, 2014-cü ildə keçirilən müsabiqənin qalibi olan Avstriya təmsilçisi Konçita Vorst “LGBT” (anormal cinslərin vəhdəti) təbliğatının simvoluna çevrildi. “Saqqalı qadın” olaraq yaddaşlarda qalan ifaçının qalibiyyəti cinsi azlıqların nümayəndələri tərəfindən rəğbətlə qarşılandı və ifaçı “ikon” kimi qəbul olundu. “Simurq quşu kimi yüksəlmək” adlı parçası “LGBT” hərəkatlarının yüksəlməsi üçün təməl oldu.
Dediyimiz sadəcə bir misaldır, bunun çoxlu sayda yöntəmlərini də tapmaq olar.
Köhnə qitənin ən böyük mahnı müsabiqəsinin siyasi arenaya, izləyicilərin isə seçicilərə çevrilməsi Avropanın demokratiyanı artıq dozada istehsal edib, dünyəvi hesab olunan musiqiyə inyeksiya etməsi təsüratı yaradır. Lakin bu vəziyyət mədəniyyət və incəsənətdən daha çox siyasətin müzakirə olunduğu günümüzün reallığında yarışmaya marağın daha da artmasında önəmli rol oynamaqdadır.
Sonda sual oluna bilər ki, əgər biz bu qədər çox biliriksə, hələ də “Avroviziya”da olmağa məcburuqmu?
Təəssüf ki, bəli! İzahı müxtəlifdir. Qalaq, amma öz adımız və obrazımızla!
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:34 / 25.05.2021
“Avroviziya” Mahnı Müsabiqəsinin GİZLİ SİYASİ XƏTTİ – Biz onun içində olmağa məcburuqmu?
Hazırda oxunan: “Avroviziya” Mahnı Müsabiqəsinin GİZLİ SİYASİ XƏTTİ – Biz onun içində olmağa məcburuqmu?
Hazırda oxunan: “Avroviziya” Mahnı Müsabiqəsinin GİZLİ SİYASİ XƏTTİ – Biz onun içində olmağa məcburuqmu?
22283
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.