Qoç - ünsiyyət üçün əlverişli olmayan gündür. Əla bələd olduğunuz insanlarla belə, dil tapa bilməyəcəksiniz. Şəxsi münasibətlərlə işgüzar təmasları qarışdırmaq əsla məsləhət deyil. İşlə bağlı qərar qəbul edərkən rəğbət və ya antipatiya hisslərinə əsaslanmayın. Yalnız işgüzar məziyyətləri önəmli bilin.
Günün ikinci yarısında şəxsi münasibətlərdə ciddi problemlər yarana bilər. Sevdiyiniz insanla təmaslarda sərt olmayın, aqressiv davranmayın. Maliyyə məsələlərini dərhal həll etməyə çalışmayın. Alış-verişi ertələmək mümkündürmü? Pullarınızı yelə verməyin. Gələcəyi düşünün.
Buğa - mürəkkəb, qarışıq gündür. Sizi çoxsaylı kiçik problemlər və anlaşılmazlıqlar gözləyir. Kiçik, ilk baxışdan önəmsiz, amma mühüm əşya və ya nəsnə itə bilər. Səfərlərlə bağlı ləngimələr mühüm görüşün təxirə salınmasına səbəb olacaq.
Gərgin və emosional diskussiyada təmkinli olun. Qarşı tərəfin əlverişsiz şərtlərlə çıxış etdiyi müzakirələrin kəskin mübahisəyə çevrilməsinə imkan verməyin.
Günün ikinci yarısında maliyyə çətinlikləri yaranacaq. Narahat olmayın, problemlər müvəqqətidir. Şəxsi münasibətlər baxımından əlverişli gündür. Yaxınlarınız sizi dəstəkləyəcək, maneələrin dəf olunmasında sizə yardım edəcəklər.
Əkizlər - neqativ və ya pozitiv emosiyalarınızı gizlətməyə çalışın. Soyuqqanlı olun, hissləriniz simanıza "yazılmasın". Əks təqdirdə yanınızdakı insanlar sizi impulsiv, emosional, çılğın insan kimi tanıyacaqlar. Düşünülməmiş addımlar və tələsik qərarlar yaxşı ideyanızın dəstəkdən məhrum qalmasına, təşəbbüsünüzün yetərincə dəyərləndirilməməsinə səbəb ola bilər.
Günün ikinci yarısında ailə üzvləri və yaxınlarınızla təmaslarda həssas olun. Ailə üzvlərinizdən biri daha müstəqil olmaq istədiyini deyəcək.
Yaşlı qohumların məsləhətlərinə qulaq asın. Belədə bir sıra səhvlərdən qurtula bilərsiniz.
Xərçəng - problemlər vəd edən gündür. Fəqət, bu problemlərin heç biri ciddi deyil. Narahat olmağa dəyməz. Məqsədə aparan yolda qarşınıza çıxan sədlərlə maneələri dəf edin, ruhdan düşməyin.
Həyasızcasına davranan və kollektivdə özünü hamıdan ağıllı sayan, qruplaşma yaratmağa çalışan ambisioz, amma dəyərsiz insanın təxribatlarına uymayın. O, özünə yeni iş yeri tapacaq: uduzan siz olacaqsınız.
Günün ikinci yarısında məhsuldar əmək gələcək uğurların təməlini qoyacaq.
Faydalı tanışlıqlar istisna deyil.
Axşam saatlarında aktiv istirahəti seçin. Yaşam potensialının səviyyəsi yüksəkdir. İşlər çox olsa da, yorulmayacaqsınız. Peşəkar fəaliyyətlə bağlı, şəxsi münasibətlər sahəsindəki məsələləri müzakirə etmək olar.
Şir - işgüzar münasibətlər rəvan deyil. İndiyədək müttəfiq hesab etdiyiniz insanlarla ünsiyyətlərdə sərinləşmələr ola bilər. Bir sıra məsələlərlə bağlı mövqelərinizi aşkar söyləyəndə qarşı tərəfi də düşünün. Sərt və aqressiv sözləriniz yaxın ətrafınızdakı insanların xətrinə dəyə bilər.
Bədxahların, sizə pislik etmək istəyən insanların sayını artırmayın.
Günün ikinci yarısında yaradıcılıq potensialının səviyyəsi aşağı düşəcək. Fantaziya, qeyri-standart yanaşma tələb edən işləri yerinə yetirmək çətinləşir. Axşam saatlarına yaxın müsbət təmayüllərin təsiri artacaq. İşlərin qaydaya düşdüyünü hiss edəcəksiniz.
Qız - tələsməyin, vurnuxmaya qapılmayın. Məsuliyyətli, ciddi işlərin günün ilk yarısında görməyin. Səbrli və təmkinli davranın, rəqiblərin nələr etmək istədiklərini əvvəlcədən təxminləməyə çalışın. Belədə böyük uğur və qələbələrə nail ola bilərsiniz. Peşəkar fəaliyyət müstəvisində irəliləyiş, yaşamınızda dəyişikliklər ola bilər.
Günün ikinci yarısında soyuqqanlı davranın.
Maliyyə fonu stabildir. Əhəmiyyətli gəlirlərlə bağlı ehtimallar azdır. Bununla belə, böyük xərclər də olmayacaq. Yaşam potensialının səviyyəsi yüksəkdir. Axşam saatlarında gəzintiyə çıxın.
Fiziki işdə və təmrinlərdə xeyir var.
Tərəzi - uzunmüddətli perspektivə hesablanmış planlar qurmaq olar. Aktiv olun, enejili fəaliyyət göstərin. Mühüm qərarlar qəbul etmək olar. Planlardan bəzilərinin həyata keçirilməsinə dərhal başlaya bilərsiniz. Hüquqi ixtilafların yoluna qoyulması üçün yaxşı zamandır. Ehtiyac yaranarsa, məhkəməyə üz tuta bilərsiniz.
Günün ikinci yarısı yeni biliklər, bacarıqlar, təcrübə və məlumat əldə etmək üçün sərfəlidir.
Yenilikləri, maraqlı məqamları dərhal görməyə can atın. Yaradıcılıq potensialı yüksəkdir. Ən darıxdırıcı sönük məşğuliyyəti maraqlı edə bilərsiniz.
Əqrəb - diqqətli və sərvaxt olun. Sizi öz fırıldaqlarına, manipulyasiyalarına hədəf etmək istəyənlər var. Hiyləgərin felinə uymayın. Öz maraqlarını güdərək sizi tərifləyənə inanmayın.
Əməkdaşlıqla bağlı uzunmüddətli anlaşmalar imzalamaq, yeni tərəfdaşlarla anlaşma və ya sövdələşmələri müzakirə etmək üçün münasib gün deyil.
Günün ikinci yarısında təmaslarda diqqətli olun. Çoxları sizin rəğbətinizi qazanmağa çalışır. Sizə əsla uyuşmayan insanla yaxın müansibətlər qursanız, ciddi risklə üzləşəcəksiniz. Maliyyə baxımından əlverişli gündür. Əhəmiyyətli gəlir əldə edə bilərsiniz.
Oxatan - çox əlverişli və yaxşı gündür. İşdə əhəmiyyətli uğurlara nail olmaq, rəqibləri geridə qoymaq, yaxşı gəlir əldə etmək şansları var. İşlə bağlı müzakirə və danışıqlarda gərəkli tonu seçin. Haqlı olduğunuzu opponentlərə sübut edin.
İşlə bağlı aldığınız təklifləri dərhal rədd etməyin. Həmin təkliflər arasında sərfəli və məntiqi olanları var.
Günün ikinci yarısında səhhətinizdə kiçik problemlər yaranacaq. Narahat olmayın, sağlıq durumunuz üçün heç bir təhlükə yoxdur. Emosional fon yaxşıdır. Əhvalınız pis olmayacaq. Yaxınlarınızla təmaslarda səmimi, qayğıkeş olun.
Axşam saatlarında yeni tanışlıq istisna deyil.
Oğlaq - çox uğursuz gündür. Həddən ziyadə diqqətli və ehtiyatlı olun. Sərvaxt davranın, təxribatlara uymayın. Hər addımınızı diqqətlə düşünün. Təmasları məhdudlaşdırın.
Yalnız inandığınız, etibar etdiyiniz insanlarla çalışın. Maliyyə məsələləri və daşınmaz əmlakla bağlı qərar vermək üçün münasib zaman deyil.
Günün ikinci yarısında işgüzar aktivliyin səviyyəsi aşağı düşəcək. İşləri başqasına həvalə edərək istirahət etmək fikrinə düşməyin. Çalışın, zəhmətkeş olun. Nəzərdə tutulmamış səfər ola bilər.
Axşam saatlarında xoşagəlməz görüş istisna deyil.
Dolça - məhsuldar gündür. Qətiyyətli, aktiv olun. Təşəbbüslərlə çıxış etsəniz, uğur şansı artır. Fiziki işlər çox olsa da, usanmayın, süstlüyə qapılmayın. Rəqibləri üstələməyə çalışın.
Əhəmiyyətli məbləğdə gəlir ola bilər. Maraqlı işgüzar təklif alacaqsınız. Sərfəli anlaşmaya nail olmaq ehtimalı mövcuddur.
Günün ikinci yarısında ailə üzvləri ilə təmaslarda kiçik fikir ayrılıqları yaransa da, münasibətlər səmimi və harmonik qalmalıdır.
Ehtiyatlı olun. Kiçik travma, yanıq və zədə riskləri var.
Balıqlar - səbəbi naməlum narahatlıq, nigaranlıq, təlaş yaşayacaqsınız. Bu hisslər bütün diqqəti işə yönəltməyə mane olur. Hisslərinizin əsiri olsanız, başladığınız işlər yarımçıq qalacaq. Həmkarlarınıza verdiyiniz vədlər, əldə etdiyiniz razılaşmalar yaddan çıxacaq. Hansısa mühüm işi unudacaqsınız.
Yanınızda sizi anlayan və narahat davranmağa qoymayan insan olarsa, pis deyil.
Günün ikinci yarısı yenilənmə, yaşam və fəaliyyət arealında dəyişikliklər üçün əlverişli zamandır. Mebel və interyer əşyaları, məişət texnikası almaq olar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:50 / 25.05.2021
Bürclər bu günə nə vəd edir?
Hazırda oxunan: Bürclər bu günə nə vəd edir?
Hazırda oxunan: Bürclər bu günə nə vəd edir?
22262
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.