COP29-da iqlim dəyişikliyinin transsərhəd su resurslarına təsiri müzakirə edilib

COP29-da iqlim dəyişikliyinin transsərhəd su resurslarına təsiri müzakirə edilib

Hazırda oxunan: COP29-da iqlim dəyişikliyinin transsərhəd su resurslarına təsiri müzakirə edilib

221781

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası çərçivəsində “Birləşmiş Ərəb Əmirliklərinin qlobal iqlimə dayanıqlılıq çərçivəsi üzrə tərəqqinin təminində iqlim məlumatlı transsərhəd su idarəçiliyinin rolu” mövzusunda tədbir təşkil olunub.

Bizim.Media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE), Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi Konvensiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iqlim dəyişikliyinin transsərhəd su resurslarına təsiri və bu resursların dayanıqlı idarə edilməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Rəsmilərin, sahə üzrə ekspertlərin iştirakı ilə aparılan müzakirələrdə qlobal və regional miqyasda transsərhəd su hövzələrinin iqlimə dayanıqlılığı, yeni və müasir texnologiyalar əsasında su idarəçiliyinin vacibliyi qeyd olunub.

Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov su ehtiyatlarından səmərəli istifadə sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, BMT və digər beynəlxalq, regional təşkilatların, özəl sektorun, vətəndaş cəmiyyətinin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”nin su ilə bağlı məqsəd və hədəflərinin həyata keçirilməsində bütün səylərin birləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO