"Konfransda bir çox məsələdə, xüsusilə də inkişaf etmiş ölkələrdən maliyyə yardımı məsələsində razılığa gəlinməsini gözləyirəm. Hazırda, yeni kollektiv kəmiyyət hədəfi ilə bağlı razılaşma yoxdur. Ümid edirəm ki, sabah günün sonuna qədər bu konfransdan konkret bir nəticə əldə ediləcək. Bununla belə, bu mənim üçün çox yaxşı bir təcrübə oldu".
Bu sözləri Bizim.Media-ya açıqlamasında COP29-da iştirak edən Mavriki ada dövlətinin nümayəndəsi Bibi Vaseefah Elahee Doomun deyib.
O, Azərbaycana ilk dəfə gəldiyini və ölkəmizi çox bəyəndiyini də vurğulayıb:
"Azərbaycan çox gözəl ölkədir və burada iş mədəniyyətini gördüm. İnsanlar çox çalışqan və gözəl insanlardır, həm də çox təmiz ölkədir. Şahdağ, İçərişəhər, Nizami küçəsində olmuşam. Bu yerlər sadəcə möhtəşəm və gözəldir".
Günay Şahmar, Nuray, Bizim.Media
- A-
- A
- A+
COP29
17:42 / 21.11.2024
Mavriki nümayəndəsi: “Ümidvaram ki, COP29-da konkret nəticə əldə ediləcək”
Hazırda oxunan: Mavriki nümayəndəsi: “Ümidvaram ki, COP29-da konkret nəticə əldə ediləcək”
Hazırda oxunan: Mavriki nümayəndəsi: “Ümidvaram ki, COP29-da konkret nəticə əldə ediləcək”
221762
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.