Canlı yayımda Zaxarovaya təcili zəng: “Bu haqda danışma!” – VİDEO

Canlı yayımda Zaxarovaya təcili zəng: “Bu haqda danışma!” – VİDEO

Hazırda oxunan: Canlı yayımda Zaxarovaya təcili zəng: “Bu haqda danışma!” – VİDEO

221737

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya brifinq zamanı Ukraynaya edilən qitələrarası ballistik raket hücumlarını şərh etməmək göstərişi verilib.

Bizim.Media xəbər verir ki, Zaxarova canlı efirdə çıxış edərkən ona zəng edilib.

Zəng zamanı adı açıqlanmayan məmur ona qitələrarası ballistik raket hücumları mövzusunda heç bir şərh verməməyi söyləyib:

“Maşa, ballistik raket hücumları ilə bağlı şərh vermək qadağan edilib. Bu haqda heç bir şey danışma”.

Bundan sonra Zaxarova brifinqi davam etdirib. Telefon danışığında naməlum şəxsin səsi canlı yayıma düşüb.

Qeyd edək ki, Rusiya ordusu bu gün səhər Ukraynanın Dnepr şəhərini raket atəşinə tutub. Atəş zamanı Rusiya ordusu Ukrayna ərazisinə ilk dəfə “Rubej” qitələrarası ballistik raketi atıb.

Sözügedən raketin Həştərxan vilayətindən buraxıldığı qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO