COP29-a gələn əcnəbilərə Azərbaycan şirniyyatları TƏQDİM olundu - FOTO

COP29-a gələn əcnəbilərə Azərbaycan şirniyyatları TƏQDİM olundu - FOTO

Hazırda oxunan: COP29-a gələn əcnəbilərə Azərbaycan şirniyyatları TƏQDİM olundu - FOTO

221736

Bakıda keçirilən COP29 sessiyasında iştirak etmək üçün paytaxta gələn qonaqlar Azərbaycan şirniyyatlarının dadına baxıblar.

Bizim.Media xəbər verir ki, 190-dan çox ölkənin nümayəndələrinin iştirak etdiyi tədbirdə onlara Azərbaycan şirniyyatları təqdim olunub.

Azərbaycan pavilyonunda ikram edilən şirniyyatlar arasında Şəki paxlavası, şirinçörək, Lənkəran bombası və digər təamlar yer alıb.

Şirniyyatlardan dadan qonaqlar onların xüsusi zövqə və füsunkar dada malik olduqlarını bildiriblər.

Onlardan biri, cibutili iştirakçı Əbdülsəməd Səid Bizim.Media-ya ölkəmizə məxsus şirniyyatların çox dadlı olduğunu deyib:

"Təşkilatçılıq möhtəşəmdir. Pavilyonlarda bu cür təqdimatların olması həmin ölkəni daha yaxından tanımağa kömək edir".




















Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO