Kadırova

Kadırova "şeytan" deyən permli tiktokerdən AÇIQLAMA - FOTO

Hazırda oxunan: Kadırova "şeytan" deyən permli tiktokerdən AÇIQLAMA - FOTO

22172

Ramzan Kadırovu "şeytan" adlandıran 15 yaşlı dağıstanlıya dəstək məqsədi ilə video hazırlayan Perm diktokeri öz həyatı üçün təhlükə hiss etdiyi üçün Çeçenistan liderindən üzr istəyib. 

Bizim.Media xəbər verir ki, bu haqda o, Telegram kanalı “Baza”ya danışıb.

Gənc oğlan üzr istəməyinin səbəbi belə izah edib:

“Bəzi “arzuolunmaz insanlar” mənim ünvanımı öyrəndilər və qərara gəldim ki, meşədə tapılmaqdansa vaxtında üzr istəyim”.

“News.ru” saytı yazır ki, söhbətin hansı "arzuolunmaz insanlar"dan getdiyini o, dəqiqləşdirməyib.

Bir neçə gün əvvəl bloger “İnstagram”da canlı yayım zamanı Kadırovu "şeytan" adlandıran15 yaşlı dağıstanlıya dəstək üçün video hazırlayıb.

Videoçarxda bildirib ki, Çeçenistan başçısı vətəndaşlara qarşı davranışına görə tutduğu vəzifədən azad olunmalıdır. Daha sonra təxribatçı videonu çıxarıb və üzr istəyib.

Daha əvvəl bildirilmişdi ki, İnstagram istifadəçiləri Kadırovun təhqir etdiyi yeniyetməyə dəstək üçün Flashmob təşkil ediblər. 

# Kadırovshaytan haştəqi 600 dəfə istifadə edilib. Onların fikrincə, Kadırovun 15 yaşlı dağıstanlı ilə haqq-hesab çürütməsi yersizdir.

Xatırladaq ki, Moskva vilayətində yaşayan dağıstanlının valideynləri onu “belə böyütdükləri” üçün Kadırovdan üzr istəyib. Bu qərar ictimaiyyətin sərt reaksiyasına səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO