“YAŞAT” Fondu marafon təşkil edəcək

“YAŞAT” Fondu marafon təşkil edəcək

Hazırda oxunan: “YAŞAT” Fondu marafon təşkil edəcək

22148

Diasporla İş üzrə Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonu təşkil ediləcək.

Bizim.Media-nın xəbərinə görə, marafonun məqsədi qazilərə və şəhid ailələrinə dəstək məqsədi ilə dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi dəmir yumruq kimi bir araya gətirərək “YAŞAT” Fonduna ianə etməyə çağırışdır.

Marafonda bütün dünya azərbaycanlıları “Gəlin Yaşadaq” şüarı altında birləşərək, Qələbəni bizə yaşadanlara və Zəfər tarixini yazanlara dəstək olacaq, onların xoş xatirələrini yada salacaqlar.

Videoyayım formatında təşkil ediləcək Marafon Azərbaycan Televiziyasında (AzTV) canlı nümayiş ediləcək.

Marafon müddətində müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə canlı bağlantılar təşkil ediləcək, şəhidlərimizin ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilərimiz çıxış edəcəklər. Eyni zamanda “YAŞAT” Fondu tərəfindən qısa müddətdə görülən işlər barədə hesabat təqdim olunacaq.

Artıq PR məqsədilə “Yaşat Marafonu”nun keçiriləcəyi ilə bağlı mətbuat konfransı təşkil edilib.

Marafonla bağlı PR materiallar mediada (TV, radio, saytlar), sosial şəbəkələrdə (fb, instagram, twitter, telegram, linkedin, youtube), “ASAN xidmət” mərkəzlərində və şəhərdəki monitorlarda nümayiş olunacaq.

Yayım vaxtı 25 may, 21:00 -23:00-dəə olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO