Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanlı alim vəfat etdi - FOTO

Hazırda oxunan: Azərbaycanlı alim vəfat etdi - FOTO

22114

Görkəmli geomorfoloq alim, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Hüseyn Ağamalı oğlu Xəlilov vəfat edib.

Bizim.Media xəbər verir ki, H.A.Xəlilov 1942-ci il oktyabrın 27-də Fizuli rayonunun Hünküklü kəndində anadan olub. 

1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) geoloji coğrafiya fakültəsini mühəndis-geoloq ixtisası üzrə bitirib, təyinatla Qazaxıstana göndərilib.

Şimali-Qazaxıstan geofiziki ekspedisiyasında baş texnik-geoloq vəzifəsində işləyib və oradan da hərbi xidmətə çağırılıb.

1968-1969-cu illərdə Azərbaycanda Kiçik Qafqaz geoloji-kəşfiyyat ekspedisiyasında geoloq vəzifəsində çalışıb. 1969-cu ildən başlayaraq Azərbaycan EA Coğrafiya İnstitutunun geomorfologiya şöbəsində kiçik elmi işçi, elmi işçi vəzifələrində, 1991-1994-cü illərdə Xəzər dənizi sahillərinin və dibinin geomorfologiyası bölməsində işləyıb, 1994-ildən geomorfologiya şöbəsində tətbiqi geomorfologiya qrupuna rəhbərlik edib.

1997–2004-cü illərdə «Azərbaycan Ensiklopediyası» NPB-də əvəzçiliklə «Coğrafiya qrupunun» rəhbəri, 2004–2009-cu illərdə isə AMEA «Azərbaycan Milli Ensiklopediyası» Elmi Mərkəzində «Coğrafiya, geologiya, geofizika, ətraf mühit və ekologiya» redaksiyasının müdiri vəzifəsində çalışıb. 2015-ci ildən ömrünün sonunadək “Geomorfologiya və təbii risklər” şöbəsinin müdiri olub.
 

H.Xəlilov müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Lənkəran Dövlət Universitetində və 1981-ci ildən BDU-nun Coğrafiya fakültəsinin “Fiziki coğrafiya” kafedrasında xüsusi fənlər üzrə magistraturada dərs aparıb.


Coğrafiya İnstitutunun Elmi Şurası və Dissertasiya Şurasının üzvü və həmin Şuranın ixtisaslaşdırılmış Elmi Seminarının rəhbəri, son illərdə həm də Ali Attestasiya Komissiyasının “Yer elmləri” bölməsinin eksperti idi.

"Kemerovo Dövlət Universitetinin Xəbərləri" və Azərbaycan Coğrafiya Cəmiyyətinin "Coğrafiya və təbii resurslar" jurnalının redaksiya heyətinin üzvü idi.

Bizim.Media kollektivi olaraq alimə Allahdan rəhmət diləyirik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO