Gürcüstan məlumatların ötürülməsinin yaşıl dəhliz layihəsinə daxil edilməsi ideyasını dəstəkləyir - Nazir

Gürcüstan məlumatların ötürülməsinin yaşıl dəhliz layihəsinə daxil edilməsi ideyasını dəstəkləyir - Nazir

Hazırda oxunan: Gürcüstan məlumatların ötürülməsinin yaşıl dəhliz layihəsinə daxil edilməsi ideyasını dəstəkləyir - Nazir

220320

Gürcüstan məlumatların ötürülməsinin yaşıl dəhliz layihəsinə daxil edilməsi ideyasını dəstəkləyir.

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili COP29 çərçivəsində Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsindəki Strateji Tərəfdaşlıq Sazişə uyğun olaraq 9-cu Nazirlər görüşündə, idarəetmə komitəsinin iclasında bildirib.

"Məlumatların ötürülməsi Gürcüstan üçün prioritet olaraq qalır. Biz rəqəmsal transformasiyaya fəal şəkildə sərmayə qoyuruq və məlumatların bu layihəyə daxil edilməsini tam dəstəkləyirik.
 

Biz Cənubi Qafqazı Mərkəzi Asiya və Avropa ilə birləşdirmək üçün müxtəlif variantlara baxmalıyıq, çünki məlumat mübadiləsinə tələbat artır, imkanlar mövcuddur və sentyabr görüşümüzdə qeyd etdiyim kimi, mən Nazirlikdə mövcud olan məlumatları bölüşməkdən məmnun olaram. Bu, şübhəsiz ki, texniki-iqtisadi əsaslandırmanın tamamlanması və layihənin icra mərhələsinə keçid prosesini sürətləndirəcək", - o bildirib.


Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO