“Heydər Əliyev Fondunun dəstəyi sayəsində Oqtay Gülalıyev həyatdadır” - FOTO

“Heydər Əliyev Fondunun dəstəyi sayəsində Oqtay Gülalıyev həyatdadır” - FOTO

Hazırda oxunan: “Heydər Əliyev Fondunun dəstəyi sayəsində Oqtay Gülalıyev həyatdadır” - FOTO

22008

Ötən ilin sentyabrında piyada xəttində avtomobil vurması nəticəsində komaya düşən  hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş var.

Bizim.Media xəbər verir ki, O. Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva “Turan” agentliyinə müsahibəsində  bu barədə danışıb. Bildirib ki, o həkim nəzarətindədir. 

“Oqtay bəyin durumunda yaxşılaşmalar gedir, əllərini hərəkət etdirir, artıq nəsə demək istəyir. Əlləri ilə “hə”, “yox” deyir, cavab verə bilir. Həkimlər deyib ki, səs telləri düzələcək, bu günə kimi 1-2 dəfə səsi də gəlib. Gözləyirik, tam sağalsın və danışa bilsin”.

F. Gülalıyeva qeyd edib ki, dövlətin və Heydər Əliyev Fondunun dəstəyi olmasa idi, Oqtay Gülalıyev aramızda olmazdı: 

“Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov özü birbaşa mənimlə telefonla əlaqə saxlayırdı. Oqtay bəyin vəziyyətinin yaxşılaşması və səhhətinin əvvəlki vəziyyətə qayıtması üçün əllərindən gələni edirdilər”.

O, Fondun Prezidenti Mehriban Əliyeva təşəkkürünü bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO