Ermənistan-Gürcüstan avtomobil yolu Azərbaycanın nəzarətinə keçəcək – Erməni politoloq

Ermənistan-Gürcüstan avtomobil yolu Azərbaycanın nəzarətinə keçəcək – Erməni politoloq

Hazırda oxunan: Ermənistan-Gürcüstan avtomobil yolu Azərbaycanın nəzarətinə keçəcək – Erməni politoloq

22004

Yeni təslim sənədinə əsasən Ermənistan, nəhayət Türk dünyasının caynağında qalacaq. 

Bizim.Media xəbər verir ki, bu fikirləri politoloq Edgar Elbakyan Telegram kanalında yazıb.

“Naxçıvanın Kərki kəndi (ermənilər adını Tiqranaşen qoyub) vasitəsi ilə Ermənistanın şimalını cənubla birləşdirən magistral yol keçir. Bu yolda 1777.1 m və 1678.7 m yündürlüyü olan adsız yüksəkliklər var.

Bu təslimin qarşısını ala bilməsək, ərazi əldən gedəcək və sonra rejim paylaşmağa başlayacaq ki, Tezkar dağı və 1960.8 m hündürlüyü olan adsız yüksəklik bizdədir və kölə olan insanlar kor-koranə onları alqışlayacaq”. “Yerkramas.org” saytı onun dediklərindən sitat gətirib.


Daha sonra politoloq Qazax rayonunun Ermənistanla sərhədində yerləşən Voskepar kəndinin əhəmiyyətinə də toxunub.

“Yeni təslim sənədi ilə Voskepar kəndi Azərbaycanın əlində sıxılacaq, ermənilər oradan çıxarılacaq və Ermənistan-Gürcüstan dövlətlərarası magistral yolu Azərbaycanın nəzarətinə keçəcək. Ermənistan-İran dövlətlərarası magistral yolunun da faktiki olaraq Azərbaycanın nəzarəti altında olduğunu xatırlasaq, Ermənistan nəhayət türk dünyasının caynağında qalacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO