Seçkilərdə məğlub olan Harris nə işlə məşğul OLACAQ?

Seçkilərdə məğlub olan Harris nə işlə məşğul OLACAQ?

Hazırda oxunan: Seçkilərdə məğlub olan Harris nə işlə məşğul OLACAQ?

219922

Prezidentlik yarışında Donald Trampa məğlub olan ABŞ-ın vitse-prezidenti Kamala Harris Kaliforniya ştatına rəhbərlik edə, Ali Məhkəmənin üzvü ola və ya 2028-ci ildə yenidən prezidentliyə namizədliyini verə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə CNN nəşri yazıb.

Nəşrin məlumatına görə, Harrisin Kaliforniya qubernatoru olmaq şansı var, çünki hazırda Demokratların qubernatoru olan Gavin Nyusomun səlahiyyət müddəti 2026-cı ildə başa çatır:

“Kaliforniya Harrisin vətənidir. O, Oaklandda anadan olub, San Fransisko Universitetini bitirib, şəhərin prokuroru olub, sonra isə Kaliforniyanın baş prokuroru vəzifəsini icra edib”.

Cənubi Karolinadan olan keçmiş konqresmen, hüquqşünas Bakari Sellers isə bildirib ki, Ali Məhkəmənin üzvü 70 yaşlı Sonia Sotomayorun səlahiyyət müddəti bitmək üzrədir. Buna görə də, Bayden bu vəzifəyə Harrisin namizədliyini irəli sürə bilər.

Digər ehtimala görə isə, 2028-ci ilə qədər Harris siyasi reytinqini gücləndirə və yenidən prezidentliyə namizəd ola bilər.

Xatırladaq ki, noyabrın 5-də keçirilən seçkilərdə Respublikaçıların namizədi Donald Tramp Demokratların namizədi Kamala Harrisə qalib gələrək, ikinci dəfə ABŞ Prezidenti seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO