Sülhməramlılardan Laçın dəhlizi açıqlaması

Sülhməramlılardan Laçın dəhlizi açıqlaması

Hazırda oxunan: Sülhməramlılardan Laçın dəhlizi açıqlaması

21946

"Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları məsuliyyət zonalarında tərəflərin sərhədlərini müəyyənləşdirmə xəttində atəşkəsə riayət olunmasını izləmək, həmçinin Laçın dəhlizində nəqliyyat vasitələrinin təhlükəsizliyini, ərzaq məhsulları və müxtəlif malların daşınmasını təmin etmək vəzifələrini davam etdirirlər".

Bizim.Media Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin hərbçisi Mixail Barskov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya sülhməramlılarında minalanmış ərazilərin xəritəsi var - Ekspertdən şok iddia - VİDEO


Onun sözlərinə görə, son bir həftə ərzində sülhməramlı kontingentin məsuliyyət zonasında atəşkəs pozuntuları, Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər qeydə alınmayıb.

"Rusiya sülhməramlı kontingentinin bütün müşahidə məntəqələri hərbi qulluqçuları atıcı silahlardan və qəlpələrdən qorumaq, habelə ətraf ərazini hərtərəfli müşahidə etmək üçün hazırlanmış “Blokpost istehkamları ilə təchiz edilib.

Keçid olduqca ciddi və aktivdir. Tranzit nəqliyyat gedir. Bizim vəzifəmiz, cavabdeh olduğumuz hissəmizdən maneəsiz və sakit keçid təmin etməkdi. Hamısının yaxşı olub-olmadığını, dəhliz boyunca, hissəmiz boyunca hərəkətin necə olduğunu dəqiqləşdiririk. Hansı yükləri apardıqları ilə maraqlanırıq, sənədlərini yoxlayırıq” - deyə Laçın dəhlizində xidmət edən Mixail Barskov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO