Zəngəzurda Azərbaycan hərbçiləri daha 1.5 km irəlilədi – Ermənilərin çoxu kənddən qaçdı - İDDİA

Zəngəzurda Azərbaycan hərbçiləri daha 1.5 km irəlilədi – Ermənilərin çoxu kənddən qaçdı - İDDİA

Hazırda oxunan: Zəngəzurda Azərbaycan hərbçiləri daha 1.5 km irəlilədi – Ermənilərin çoxu kənddən qaçdı - İDDİA

21903

Erməni mətbuatının iddiasına görə, dünən Azərbaycan hərbçiləri Zəngəzur (Sünik vilayəti) mahalının Xoznavar kəndi istiqamətində daha 1,5 km irəliləyiblər. 

Bizim.Media xəbər verir ki, bunu kəndin başçısı Varo Qriqoryan “news.am”a verdiyi müsahibəsində bildirib.

“Türklər (azərbaycanlılar nəzərdə tutulur) ərazimizə girdi, uşaqlar toplandı, ayağa qalxdılar, əsgərlər də var, üzbəüz dayanıblar, gözləyirlər. Gecə təxminən saat altıda gəldilər. Əslində İşxanasardan sonra 3,5 km irəliləmişdilər, indi də 1,5 km qabaqdadırlar. Ermənistan ərazisinə keçərək Xoznavar tərəfə endilər, indi kənddən 2,5 km məsafədədirlər” deyə Qriqoryan qeyd edib.

Onun sözlərinə görə, kəndin dincliyi pozulub, bəzi sakinlər təhlükəsizlik səbəbi ilə azyaşlı uşaqlarını evakuasiya ediblər. 

“Maldarlıqla məşğul olan insanlar qaldı. Bəs nə etməli? Əgər mal-qara olmasaydı, hər kəs gedərdi. Kəndimiz dərənin içindədir, Gorusa aparan bir yolumuz var. Kənddə olan kişilərin bir qismi Ermənistan ordusuna qoşulub”. Varo Qriqoryan yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO