Qaxda silahlı insident - Polis güllələndi

Qaxda silahlı insident - Polis güllələndi

Hazırda oxunan: Qaxda silahlı insident - Polis güllələndi

21892

Qax rayonunda silahlı insident baş verib.

Bizim.Media xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Çüdüllü kəndi ərazisində qeydə alınıb.

Belə ki, polis əməkdaşı əllərində ov tüfəngi olan 2 nəfəri kənd ərazisində görüb. Bu zaman o, həmin şəxslərə yaxınlaşıb.

Mübahisə zamanı naməlum şəxslər silahdan atəş açıb. Nəticəsində polis nəfəri əlindən yaralanıb. Naməlum şəxslər ərazidən uzaqlaşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hazırda həmin ərazidə əməliyyat-axtarış tədbirləri həyata keçirilir. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO