Urmiyada beş məhbusun əl barmaqları kəsiləcək

Urmiyada beş məhbusun əl barmaqları kəsiləcək

Hazırda oxunan: Urmiyada beş məhbusun əl barmaqları kəsiləcək

218654

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərindəki həbsxanada beş məhbusun əl barmaqları kəsiləcək.

Bizim.Media xəbər verir ki, məlumatı “Azad İran” Telegram kanalı yayıb.

Bildirilib ki, Beynəlxalq Əfv Təşkilatının Qərbi Azərbaycan əyalətinin Urmiya şəhər zindanında əl barmaqlarının kəsilməsi cəzası alan beş məhbusla bağlı bəyanatında İran hakimiyyətindən məhkumlar barəsində çıxarılan hökmünün ləğv etməsi tələb olunub.
 

Təşkilat beynəlxalq ictimaiyyətdən məhkumların bədən üzvlərinin kəsilməsi cəzasının dayandırılması üçün Tehrana təzyiqlər etməsini istəyib: “Bu amputasiyalar, xüsusilə İran hakimiyyətinin insan haqları və ləyaqətinə hücumunun dəhşətli təzahürüdür. Amputasiya cəzası məhkəmə hökmü ilə həyata keçirilən işgəncədir və cinayət sayılır”.


Bir neçə gün əvvəl Urmiya həbsxanasında oğurluqda günahlandırılan Şəhab və Mehrdad Teymuri qardaşlarının sağ əllərinin 4 barmağı kəsilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO