Fransada saxta COVID-19 test nəticəsi satan şəbəkə yaxalandı

Fransada saxta COVID-19 test nəticəsi satan şəbəkə yaxalandı

Hazırda oxunan: Fransada saxta COVID-19 test nəticəsi satan şəbəkə yaxalandı

2183

Fransada hava limanı sərnişinlərinə saxta mənfi koronavirus test nəticələri satan 7 nəfərdən ibarət dəstə üzvləri tutulub.

Bizim.Media xarici KİV- nə istinadən xəbər verir ki, dəstə üzvləri beynəlxalq uçuşlara icazə almaq istəyən sərnişinlər üçün həqiqi laboratoriya adından istifadə edərək mənfi koronavirus test nəticəsi hazırlayırmış.

Roissy Charles-de-Gaulle hava limanının ətrafında fəaliyyət göstərən dəstə, test nəticələrini 100-300 avroya satıb. Sənəd saxtakarlığı ittihamı ilə həbs olunanların mobil telefonlarında 300 saxta test nəticəsi tapılıb. Dəstənin ilk məhkəməsinin 2021-ci ilin martında başlanması gözlənilir. Şübhəliləri 5 ilə qədər həbs və 375 min avro cərimə gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO