Azərbaycan-Ermənistan sərhədində vəziyyət necədir? – SON MƏLUMAT

Azərbaycan-Ermənistan sərhədində vəziyyət necədir? – SON MƏLUMAT

Hazırda oxunan: Azərbaycan-Ermənistan sərhədində vəziyyət necədir? – SON MƏLUMAT

21825

Azərbaycan qoşunlarını Zəngəzur (Sünik) və Göyçə (Geğarkunik) mahallarında əvvəlki mövqelərinə geri çəkməyə tələsmir. Bu baxımdan Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır.

Bizim.Media xəbər verir ki, məlumatı “armeniasputnik.am” saytı yayıb.

Mənbə yazır ki, Ermənistan hakimiyyəti Azərbaycanla imzalanmağa hazırlaşdığı yeni bir sənəd elan edib.

Üstəlik, cümə axşamı Baş nazirin vəzifəsini icra edən Nikol Paşinyanın çıxışından sonra məlum olub ki, hazırda o bölgələrdə 500-600 Azərbaycan hərbçisi var. Keçən həftə onların sayının təxminən 250 nəfər olduğu deyilirdi. 

Paşinyanın Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı yeni sənəd imzalayacağı anonsundan sonra fərqli siyasi baxışları olan insanlar İrəvan küçələrinə axışıb.

Aktivistlər səlahiyyətlilərin bunu hansı şərtlər altında imzalayacağını bilmək istəyirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO