Lənkəranda ağır qəza: Sürücü xəsarət aldı - FOTO

Lənkəranda ağır qəza: Sürücü xəsarət aldı - FOTO

Hazırda oxunan: Lənkəranda ağır qəza: Sürücü xəsarət aldı - FOTO

217996

Yağmurlu hava şəraiti Lənkəranda avtoqəzaya səbəb olub. Hadisə səhər saatlarında  Lənkəran-Boradigah-Masallı  magistralında, Lənkəran rayonunun Separadi kəndi ərazisində qeydə alınıb.

Bizim.Media xəbər verir ki, rayonun Tükəvilə kənd sakini 1990-cı il təvəllüdlü Emil Əkbərovun idarə etdiyi "Hyunday Sonata"  markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib, magistraldan çıxaraq,  yol kənarındakı ağaca çırpılıb.
 

Zərbənin təsirindən avtomobil deformasiya uğrayıb. Sürücü E.Əkbərov xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.


Hadisəyə səbəb, yağışlı hava şəraitində avtomobilin qarşısına iri buynuzlu mal-qaranın çıxması göstərilir.

Faktla bağlı araşdırma aparılır.



Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO