“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara veriləcəyi tarix AÇIQLANDI

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara veriləcəyi tarix AÇIQLANDI

Hazırda oxunan: “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara veriləcəyi tarix AÇIQLANDI

217595

Ümumi gücü 240 meqavat olan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisi davam etdirilir və 2025-ci ildə istismara verilməsi gözlənilir.

Bizim.Media xəbər verir ki, külək turbinlərinin quraşdırma işlərinə Abşeron ərazisindən başlanacaq və burada ilk 8 turbin quraşdırılacaq.

Ümumi gücü 240 meqavat olan stansiyanın tikintisi ölkəmizdə bərpaolunan enerjidən istifadənin genişləndirilməsi üçün əhəmiyyətli layihədir. Azərbaycanın yaşıl enerji keçidini dəstəkləyən bu stansiya “ACWA Power” şirkətinin ölkəmizdəki ilk layihəsidir.

İlkin hesablamalara görə, stansiya tərəfindən istehsal olunacaq illik 1 milyard kilovat-saata yaxın elektrik enerjisi 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Layihənin ümumi dəyəri təqribən 300 milyon dollardan çoxdur və tam olaraq xarici investisiya hesabına həyata keçirilir.

Qeyd edək ki, külək texnologiyasında enerji istehsalının səmərəliliyi küləyin sürətindən asılıdır.

Qeyd edilən orta illik külək sürəti turbinlərin səmərəli fəaliyyət göstərməsi üçün kifayət qədər yüksəkdir və layihənin enerji istehsalında dayanıqlılığı təmin edəcək. 36 hektar ərazidə yerləşəcək külək stansiyası Azərbaycanda ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqinə və enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcək, elektrik istehsalında bərpaolunan enerji mənbələrinin payını artıracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO