"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo sabiq komandası "Mançester Yunayted"dən bonus almaq şansı olduğunu bildirib.
Bizim.Media "Sky Sports"a istinadən xəbər verir ki, o, deyib:
"Düşünürəm, bizim hələ də çempion olmağa şansımız var. Çünki Premyer Liqa "Mançester Siti"ni cəzalandırsa, xallarını alsa, biz 2017/18-ci ilin çempionu olacağıq. Bu halda onlar mənə bonus və medal göndərməlidirlər".
J. Mourinyo həmçinin klubdan yaxşı hisslərlə ayrıldığını və sabiq komandasına uğurlar arzuladığını qeyd edib.
Qeyd edək ki, bu ili fevral ayında İngiltərə Premyer Liqası "Mançester Siti"ni 2009-dan 2018-ci ilə qədər maaliyyə məlumatlarını yanlış çatdırmasında günahlandırıb.
Bizim.Media