ŞOK: ABŞ Rusiyanın Kalininqrad şəhərinə hücum edəcək - Gizli plan ortaya çıxdı

ŞOK: ABŞ Rusiyanın Kalininqrad şəhərinə hücum edəcək - Gizli plan ortaya çıxdı

Hazırda oxunan: ŞOK: ABŞ Rusiyanın Kalininqrad şəhərinə hücum edəcək - Gizli plan ortaya çıxdı

21743

Pentaqonda Rusiyanın ən silahlı hərbi forpostunu aradan qaldırmaq üçün bir fəaliyyət planı var.

Bizim.Media xəbər verir ki, bu haqda “National Interest” nəşri məqalə dərc edib. 

Müəllif David Aks yazır ki, Kalininqrad Rusiyanın yarı eksklavıdır və burada S-300, S-400 və “İsgəndər” zenit raket sistemləri, Oniks gəmi əleyhinə raketlər quraşdırılıb:

“Bu bölgə sayəsində Rusiya “yüzlərlə mil radiusda” NATO qoşunları üçün təhlükə yaradır.
ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin komandanı, general Jeffrey Harrigian bəyan edib ki, bu səbəbdən rəsmi Vaşinqton daima Kalininqradın necə "sındırılacağı” haqda düşünür.

Onun fikrincə, bu, "çox səviyyəli, vaxtında və təsirli bir hücum" olacaq. Jurnalist qadın Sidni Fridberq təxmin edib ki, hücum eyni vaxtda qurudan, dənizdən, havadan və kiber məkandan baş tutacaq.

Təyyarələr, gəmilər və sualtı qayıqlar uzun mənzilli qanadlı raketlərlə zərbə endirəcəklər. Quru qoşunlar da raket zərbələrindən istifadə edəcək.

Hakerlərin vəzifəsi rabitə sistemlərini pozmaq olacaq, bundan sonra radardan yayınan bombardmançı təyyarələr müdafiəni yarıb GPS sistemi ilə şəhərə bomba atacaq. Fridberq bu taktikanı "cəbhə xəttini məhv etmək üçün bir şiddət simfoniyası" adlandırıb”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO