Rəşad Səfər də Azad Yazarlar Ocağından AYRILDI

Rəşad Səfər də Azad Yazarlar Ocağından AYRILDI

Hazırda oxunan: Rəşad Səfər də Azad Yazarlar Ocağından AYRILDI

217076

AYO (Azad Yazarlar Ocağı) ədəbi təşkilatının başqanı yazıçı Rəşad Səfər təşkilatdan getdiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında məlumat yayıb. 

O, artıq təşkilatda təmsil olunmaq istəmədiyini bildirib:

“AYO-da dəyər verdiyim insanlara olan bütün rəğbətimə, özümü daxilən həmişə ayoçu hesab etməyimə baxmayaraq, artıq həmin təşkilatda təmsil olunmaq istəmirəm. Çünki bir hərəkatın ədəbi yanaşmaları, estetik zövqləri dəyişmirsə, inkişaf etmirsə, deməli, ayrılmaq zamanı gəlib. AYO artıq özündən əvvəlki təşkilatlar kimi gerçək zamandan qopuq haldadır, öz qeyri-müəyyən zamanını yaşayır və həmin zaman artıq yaquar yerişli deyil”.
 

Xatırladaq ki, Rəşad Səfər 2012-ci ildən AYO (Azad Yazarlar Ocağı) ədəbi təşkilatının üzvü, 2023-cü ilin dekabrından isə başqanıdır.


Onu da qeyd edək ki, dünən ədəbi təşkilatın digər üzvü və keçmiş başqanlarından yazıçı Cavid Ramazanov da AYO-dan istefa verdiyini elan edib.


Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO