Yeni avtomobillə qeydiyyatdan keçib, sifarişə köhnə ilə GƏLƏNLƏR – Taksilər öhdəliyə niyə əməl etmir?

Yeni avtomobillə qeydiyyatdan keçib, sifarişə köhnə ilə GƏLƏNLƏR – Taksilər öhdəliyə niyə əməl etmir?

Hazırda oxunan: Yeni avtomobillə qeydiyyatdan keçib, sifarişə köhnə ilə GƏLƏNLƏR – Taksilər öhdəliyə niyə əməl etmir?

217061

Bir neçə gün öncə "Bellfast Baku" MMC ("Maxim" taksi sifarişi operatoru) AYNA tərəfindən  20 000 manat məbləğində cərimələnib. Belə ki, şirkət İnzibati Xətalar Məcəlləsinin tələbini pozduğuna görə AYNA tərəfindən müvafiq protokol tərtib edilib.

Maraqlıdır, şirkət hansı inzibati xətaya görə cəzalandırlıb? Digər taksi xidməti şirkətlərinin də cəzalandırılacağı gözlənilirmi?
 

MÖVZU İLƏ BAĞLI:

Taksi sürücüləri üçün keçiriləcək imtahanda neçə nəfər iştirak edəcək?


Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Bizim.Media-ya bildirib ki, bütün taksi şirkətləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar:

""Maxim" taksi sifarişi operatoru da həmçinin... Bu şirkətin sürücüsü barədə real vaxt rejimində “AYNA”-nın informasiya sisteminə məlumat ötürülməyib. Ona görə də cərimələnib. İnzibati Xətalar Məcəlləsinə edilmiş yeni dəyişikliyə görə, belə xətalara görə 20 min manatdan 40 min manata qədər cərimə nəzərdə tutulur”.

Ekspertin fikrincə, “Maxim"in cəzalanması digər şirkətlərə də bir mesaj olmalıdır:

“Çünki bu şirkətlər çox zaman özlərini toxunulmaz hesab edirlər. Amma bu, belə deyil. Hər kəs üzərinə düşən öhdəliyə əməl etməlidir”.

Elməddin Muradlı onu da bildirib ki, son dövrlər sürücülər təzə avtomobillə qeydiyyatdan keçirlər, amma sifariş zamanı məlum olur ki, gələn köhnə “Prius”dur. Yaxud sürücü tibbi müayinədən keçməyib:

""Maxim" məhz bu səbəbdən cərimələnib. Təzə avtomobil qeydiyyatdan keçsə də, reysə köhnə maşın çıxıb və bu, bir neçə dəfə təkrar olunub. Bununla bağlı “Bolt”a, “Uber” və ”Yango”ya, elə “Maxsim”ə də xəbərdarlıq olunub. Onlara irad bildirilib ki, bu məsələyə nəzarət etməlisiz.
 

Müştərilərin mesajlarına baxıb təyin edin ki, şirkətin sürücüsü hansı maşınla xidmət göstərir. Çünki şirkət çox zaman bəhanə gətirirdi ki, avtomobil sürücüləri  elektron qaydada qeydiyyatdan keçdikləri üçün onlara nəzarət edə bilmirik.


AYNA da onlara arqumentlə cavab verdi. Bildirdi ki, şirkətlərin müştəri məmnuniyyətini ölçmək üçün sistemi var. Bu sistem əsasında müştərilərə xidmətin keyfiyyətini müəyyənləşdirə bilərlər. Şirkətlər müştəri narazılıqlarına göz yummamalı, belə sürücülərlə əməkdaşlığı dayandırmalıdır. Əks halda digərlərini də  “Maxim”in aqibəti gözləyir”.

Nilay, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO