ŞOK! Xərçəngə meydan oxuyan meyvə

ŞOK! Xərçəngə meydan oxuyan meyvə

Hazırda oxunan: ŞOK! Xərçəngə meydan oxuyan meyvə

216912

Musavat.com elmi qaynaqlara dayanaraq bildirir ki, Sağlam bədənə sahib olmaq və xəstəliklərə qarşı müqaviməti artırmaq üçün sağlam qidalanmanın vacibliyi danılmazdır. Dünyada aparıcı ölüm səbəblərindən biri kimi xərçəng göstərilir və Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, hər altı ölümdən biri xərçənglə əlaqəlidir.

Bəzi təbii meyvə və tərəvəzlər xərçəng hüceyrələri ilə mübarizə aparmaqda və immun sistemini gücləndirməkdə böyük rol oynayır. 

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, bu meyvələr arasında, şirin və sulu dadı ilə sevilən armudun da alimlərin fikrincə, xərçənglə mübarizədə effektiv olduğu ortaya çıxıb.

Mütəxəssislər hesab edir ki, düzgün qidalanma orqanizmi xərçəng və digər ciddi xəstəliklərdən qorumaqda mühüm rol oynayır. Hər bir qəbul etdiyimiz qida bədənimiz üçün ya qoruyucu, ya da zərərli ola bilər. Buna görə də armud kimi təbii qidalar vacibdir.

Armudun unikal faydaları

Qidalanma mütəxəssisi Lili Souter qeyd edir ki, az kalorili və zəngin lif tərkibli armud, C vitamini ilə dolu olduğu üçün güclü immun sistemi dəstəkləyir. Bundan əlavə, flavanollar (antioksidant tərkibli təbii maddələr) və polifenollarla zəngin olan armud, bədəni xərçəng hüceyrələrindən qoruyur.

Tədqiqatlar göstərir ki, armudun tərkibindəki antosiyanin və xlorogen turşusu bədənin xərçəngə qarşı müqavimətini artırır. Xüsusilə döş və yumurtalıq xərçənginin qarşısını almaqda flavonoidlərin təsiri müşahidə edilmişdir.

Xərçəngə qarşı mübarizədə armud

Armudun tərkibində xərçənglə mübarizə aparan antioksidantlar və fitokimyəvi maddələr var. Bu maddələr hüceyrə zədələnməsinin qarşısını alır, DNT-ni qoruyur və xərçəng hüceyrələrinin inkişafını yavaşladır. Xüsusilə kolon, prostat və ağciyər xərçəngi riskini azaltmaqda armudun təsiri böyükdür.

Həzm sağlamlığını dəstəkləyir

Armud, həmçinin, həzmi tənzimləyən və bağırsaqları dəstəkləyən güclü lif mənbəyidir. Prebiotik xüsusiyyətlərə malik olduğuna görə bağırsaqlardakı faydalı bakteriyaların artmasına kömək edir və həzm sistemini gücləndirir.

Ürək sağlamlığını qoruyur

Armudun tərkibindəki kalium qan təzyiqini tənzimləyir, lif isə xolesterol səviyyəsini aşağı salaraq ürək xəstəlikləri riskini azaldır. Antioksidantlar damarları qoruyur və ürək sağlamlığını dəstəkləyir. Müntəzəm armud istehlakı ürək üçün əhəmiyyətli addımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO