Xaçmazda qayınana və qayınatasını öldürən şəxsin məhkəməsi başlayır

Xaçmazda qayınana və qayınatasını öldürən şəxsin məhkəməsi başlayır

Hazırda oxunan: Xaçmazda qayınana və qayınatasını öldürən şəxsin məhkəməsi başlayır

21689

Xaçmazda qayınata və qayınanasını qətlə yetirməkdə təqsirləndirilən Rəhman Osmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, əqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 

MÖVZU İLƏ BAĞLI:

Qonşusunu öldürən şəxsin işi məhkəməyə göndərildi – Prokurorluqdan açıqlama


Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il Xaçmazın Ləcət kəndində qeydə alınıb.

Kənd sakini, 1974-cü il təvəllüdlü Rəhman Osman oğlu Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasına atəş açıb.

Atəş nəticəsində aldığı xəsarətlərdən Xaçmaz rayon Ləcət kənd sakinləri Sona Yunusovanın yaşadığı evdə, əri Bəykəs Yunusovun isə xəstəxanada keçinib.

Rəhman Osmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO