“Azərbaycanla Ermənistan sərhədində baş verənlər yeni müharibəyə səbəb ola bilər” – Elxan Şahinoğlu

“Azərbaycanla Ermənistan sərhədində baş verənlər yeni müharibəyə səbəb ola bilər” – Elxan Şahinoğlu

Hazırda oxunan: “Azərbaycanla Ermənistan sərhədində baş verənlər yeni müharibəyə səbəb ola bilər” – Elxan Şahinoğlu

21688

“Rusiya prezidenti Vladimir Putin müharibəyə qədər Dağlıq Qarabağ mövzusu ilə xüsusi olaraq maraqlanmırdı. Putin müharibə və ondan sonrakı dövrdə fəallaşdı, iki bəyanatın (10 noyabr və 11 yanvar) hazırlanmasını təmin etdi, üstəgəl də ən azı ayda bir dəfə Bakıya və İrəvana zəng edir, vəziyyətlə maraqlanır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri  politoloq Elxan Şahinoğlu feysbuk səhifəsində yazıb. Bildirib ki, Vladimir Putin də həm Bakıya, həm İrəvana zəng edib:
 

MÖVZU İLƏ BAĞLI:

Mikael Minasyan Azərbaycan-Ermənistan sərhədi ilə bağlı sənəd paylaşdı - FOTO


“Çünki, Putinə aydındır ki, Azərbaycanla Ermənistan sərhəddində baş verənlər bölgədə yeni müharibəyə səbəb ola bilər. Bu isə Rusiyanın və şəxsən Putinin maraqlarına cavab vermir.

Çünki müharibə yenidən başlayarsa Putinin vasitəçiliyinin və iki bəyanatın nəticəsiz qaldığı üzə çıxacaq, Kremlin imici yerlərdə sürünəcək. Ona görə də Putin hər dəfə tərəflərə xəbərdarlıqlarını çatdırır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO