“Burunlarından gəlsin, onları heç zaman bağışlamayacağam” - VİDEO

“Burunlarından gəlsin, onları heç zaman bağışlamayacağam” - VİDEO

Hazırda oxunan: “Burunlarından gəlsin, onları heç zaman bağışlamayacağam” - VİDEO

216848

“Atamın vəfatından bir il keçməmişdi bacısı oğluna toy etdi. Hansı ki, atam həmin o oğlanı özü böyüdüb”.

Bizim.Media olay-a istinadən xəbər verir ki, bu sözləri ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova (Renka) qonaq olduğu “Elgizlə izlə” verilişində deyib.

Rəqqasə bildirib ki, xalasını bu addımına görə heç zaman bağışlmayacaq:

“Mən zəng edib onlara ürəyimdən gələn sözləri dedim. Onları heç zaman bağışlamayacağam. Atamın vəfatından dörd il keçdi, rəhmətə gedən günü heç kim mənə zəng etmədi. Halbuki, atam onlar üçün nələr etməyib. Atamın onlara elədikləri hamısı burunlarından gəlsin. Özümə görə yox məhz atama görə onları heç zaman bağışlamayacağam. Mənə onlardan heçnə lazım deyil. Atamın əziyyətini onlara heç zaman bağışlamayacağam”.

Renka valideyninin ölümündən sonra bir neçə il nə ad gününü nə də ki yeni ili qeyd etdiyini vurğulayıb:

“Söz vermişəm ki, artıq ağlamayacağam. Uzun reabilitasiya keçmişəm, dərmanlar içirəm. Mənə çatmır ki, sən bacı elə bir qardaş itirmisən və sən necə qol-qanad qaldırıb şənlənə bilirsən? Olmaz belə etmək! Mən yeni ili bu il keçirtmişəm. Atam öləndən sonra yeni il, ad günümü belə keçirtmədim. Atamın vəfatı təkcə mənim deyil onların da dərdi idi. Çünki atam o qadının qardaşı idi. Atam tərəfi Tovuz və Naxçıvandandır”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO